Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3795/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi X1 iştirakı ilə, X3 Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 08:30-09:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Səxavət Quliyev küçəsindən Ceyhun Hacıbəyli küçəsi istiqamətinə idarə etdiyi **-ZX-*** dövlət qeydiyyat nişanlı “Nissan Murano” markalı avtomobil ilə hərəkətdə olarkən sarı işığın yanmasına 1 (bir) saniyə qalmış yoluma davam etmişdir. Həmin an yolun sol tərəfindən ** YP *** nömrəli avtomobil ilə yol patrul xidmətinin əməkdaşı arxasınca gələrək X2 əmrini vermişdir. Həmin an əlində olan kamera vasitəsilə çəkilmiş görüntünün X4 təqdim edərək, qırmızı işıqda keçdiyinə görə ona 80 AZN cərimə ilə bağlı İXP ******* saylı protokol tərtib etmişdir. Sarı işığın yanmasına 1 saniyə qalmış dönərək yol patrul xidmətinin əməkdaşına izah etmişdir ki, məhz piyada keçidinin ortasında qəza yaratmamağa görə, həmçinin piyadalara və sürücülərə maneə yaratmamaq üçün belə bir manevr etdiyini və hadisə yerində heç bir xətanın törətmədiyini ona bildirsə də, sonuncusu təqsirli olduğunu və cəriməni dövlətin hesabına köçürəcəyini, köçürmədiyi halda üzərinə dəbbə pulu hesablanaraq, daha sonra sürücülük hüququma məhrumiyyət qoyulacağını bildirmişdir. İXP ******* saylı protokol əsasında TP ******* saylı qərar qəbul edilmiş, həmin qərardan şikayət verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən şikayət qismən təmin edilmiş, TP ******* saylı qərar ləğv olunmuş və həmin isə yenidən baxılması üçün səlahiyyətli orqana - Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən TP ******* saylı qərar qəbul edilmiş, barəsində 80 (səksən) manat məbləğində cərimə edilmə haqqında tənbeh qüvvədə saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3422/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən TP ******* saylı qərar ləğv olunmuş və həmin isə yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən TP ******* saylı qərar qəbul edilmiş, barəsində 80 (səksən) manat məbləğində cərimə edilmə haqqında tənbeh qüvvədə saxlanılmışdır. Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın qanunsuz hesab edilərək ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X5 çıxış edərək Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın qanunsuz olduğunu bildirmişdir. O, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 142.2-ci maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 80 (səksən) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X5 xx.xx.2024-cü il tarixdə saat 08:42-də C.Hacıbəyli-S.Quliyev ünvanında “NİSSAN MURANO” minik markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsinə görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, X3 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər X8 İdarəsinə tapşırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3422/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, X3 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər X8 İdarəsinə tapşırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 11, 40, 43, 48-52, 118 və 145 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3795/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3795/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver