Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3796/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 29 noyabr 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Azər Abdullayevin 29 noyabr 2024-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 29 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bediyev X2 Nemət Qərib oğluna məxsus 400 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin 29 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bediyev X2 Nemət Qərib oğluna maşın verəcəyi vədi ilə ona məxsus 400 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X6 protokolu müdafiə edərək qanuna uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 çıxış edərək göstərmişdir ki, işləmək istədiyi üçün taksi fəaliyyəti ilə məşğul olmaq qərarına gəldiyini, təsadüfən tanış olduğu taksi sürücüsü Elxan adlı şəxslə bu barədə danışanda o Qaraxan adlı oğlanı məsləhət görərək onun icrəyə maşın tapacağını bildirdiyini, Qaraxan adlı şəxslə əlaqə saxlayıb ona icarəyə maşın istədiyini bildirmiş, Qaraxanla evinin yaxınlığında görüşəndə o idarə etdiyi “Toyota Aqua” markalı **-RZ-*** nömrə nişanlı avtomaşını günlük 35 manata verəcəyini bildirmiş, Qaraxana məsləhətləşib onunla əlaqə yaradacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Gənclikdə Qaraxanla görüşəndə onun adına etibarnamə verəcəyini bildirmiş, Bakı şəhəri, Ə.Əlizadə küçəsində yerləşən “Z” marketin qarşısında Qaraxan maşını saxladıb ondan depozit üçün 600 manat pulu verməsini və ödəniş etdikdən sonra maşının sahibinin etibarnamə verəcəyini bildirmişdir. O, 600 manat pulu Qaraxana verdikdən sonra Qaraxandan etibarnaməni tələb edəndə o maşının sahibi zənglərə cavab vermədiyini bildirmişdir. Qaraxan ona pulu geri qaytaracağı bildirsə də, ondan pulunu tələb edəndə ona müxtəlif bəhanələr gətirib aldatdıqdan sonra 200 manat pulu kartına göndərmişdir.Maşın depoziti üçün ondan 600 manat pul aldığını və həmin puldan 200 manatı Qaraxan qaytarsa da, 400 manat pulu ödəməyib onu aldatdığını qeyd etmişdir. X7 ona dəymiş ziyanın tam ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında ona verilən suallara cavab olaraq bildirmişdir ki, X3 barəsində yazdığı şikayət ərizəsi əsasında toplanılmış materialla tanış olduğunu, izahatda qeyd olunanların doğru olduğunu, “Toyota Aqua" markalı **-RZ-*** dövlət nömrə nişanlı avtomaşını günlük icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olduğunu maşın sahibinə borcu olduğundan maşını başqa bir şəxsə icarəyə verib ondan aldığı depozitlə 400 manat borcunu ödəyəcəyini, X9 adlı tanışının vasitəsi ilə əlaqə yaradıb görüşdüklərini, Nemətə idarə etdiyi avtomaşını ona günü 35 manat olmaqla icarə verməsi üçün 600 manat depozit pul istədiyini, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Nemətlə görüşüb Nərimanov rayonu ərazisində yerləşən “Z” marketin qarşısında 600 manat pulu ondan aldığını, Nemətə sonra etibarnamə ilə maşını verəcəyini bildirsə də, o buna razı olmayıb verəcəyi depoziti geti tələb etdiyini, həmin pulla borcunu bağlamaq istədiyi üçün ona pulu qaytarmadığını, Nemət ondan əl çəkməyib pulu tələb etdiyi üçün məcbur qalıb 200 manat pul qaytardığını, onun 400 manatını verməsə də, yaxın vaxtlarda ona qaytaracağını və Nemətə qarşı etdiyi bu əməldən səmimi peşmançılıq hissi keçirdiyini qeyd etmişdir. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyevə ünvanlanan 29 noyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024- cü il tarixdə ünvan 3 ünvanda yaşayan X7(***-***-**-**) ərizə ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Bak şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən “Z” marketin qarşısında Qaraxan adlı şəxsin ona taksi fəaliyyəti ilə məşğul olması üçün avtomaşın verəcəyi barədə vədlər verərək onun 400 manat pulunu alaraq mənimsədiyini və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Hadisəni törədən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 227-cı maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, 20 noyabr 2024-cü il tarixdə törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli və Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3796/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3796/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver