Məhkəmə qərarları › İş №3(005)-38/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-38/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-38/2023 06.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X8 Şöbəsi tərəfindən İXP seriyalı xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq piyada X1 “Yüngül” dərəcəli bədən xəsarəti yetirmişdir. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: xx.xx.2022-ci il tarixli, HK-1 № 1307 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:30-da KTM-dən tibb bacısı Əlizadə məlumat verərək xx.xx.2022-ci il tarixdə Dədə Qorqud parkının yanında baş vermiş YNH nəticəsində 1985-ci il təvəllüdlü X2 başın və döş qəfəsinin küt travması xəsarəti ilə müraciət etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli, 2/38960 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur ayıqdır. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, yol vərəqəsi əsasında idarə etdiyi “Toyota Prius” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə C.Hacıbəyli küçəsi ilə hərəkət edib sağ tərəfə dönərək Vaqif küçəsi ilə üzü Gənclik Moll ticarət mərkəzinə doğru yolun birinci zolağı ilə 50 km/saat sürətlə hərəkət edərkən ani olaraq başının qarışması səbəbindən səkinin yanında duran Toyota Prius markalı avtomaşının arxa hissəsi ilə avtomobilin ön hissəsi çırpılmışdır. Zərbənin təsirindən toqquşduğu avtomobil sağ tərəfdə səkidə quraşdırılmış qara rəngli dəmir dirəyə çırpılaraq dayanmışdır. Hadisə zamanı avtomobilində sağ arxa oturacaqda sərnişin olmuşdur. Onların heç bir xəsarəti olmamışdır. Hadisə yerinə YPX əməkdaşları gəlmişdir. Digər avtomobilin sürücüsünün xəsarətinin olmadığını bildirmişdir. Hadisə öz ehtiyatsızlığından baş vermişdir. Aparılan araşdırma zamanı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2022- ci il tarixdə saat 18 radələrində o etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə C.Hacıbəyli küçəsi ilə hərəkət edib sağ tərəfə dönüb Vaqif küçəsi ilə üzü F.X.Xoyski küçəsinə doğru saatda 30 km/saat sürətlə hərəkət edib yolun sağ tərəfində səkinin yanında maşınını saxlamışdır. Taksi fəaliyyəti ilə məşğul olduğundan müştəri siafrişi almışmış və Gölnən paralel maşınının səkinin yanında saxlamışdır. Maşının xəbərdaredici işığını yandırmışdır. Maşınını düzünə üzü F.X.Xoyski küçəsi istiqamətinə doğru dayanmışdı. Mühərrik işlək vəziyyətdə olmuşdur. Maşınını saxladıqdan təxminən 5 dəqiqə sonra ani olaraq avtomobilinin sol arxa tərəfinə bərk zərbə dəymişdir. Zərbənin nəticəsində maşını irəli atılıb, BNA aid deyilən piyadalar üçün nəzərdə tutulan qara rəngli maneələri maşınını ön tərəfi ilə çırpılıb qabaq hissəsi yuxarı qalxmış qismən vəziyyətdə olmuşdur. Hadisə yerinə DYPİ əməkdaşı gələrək, o xəsarətinin olmadığını bildirmişdir. Daha sonra isə o sənədlərini həmin əməkdaşa vermiş və səhəri gün ağrıları olduğundan xəstəxanaya müraciət etmişdir. Xəsarəti barədə gedib Bakı şəhər DYPİ-də 21-ci otaqda məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 tərəfindən verilmiş 1275 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər-başın küt travması, döş qəfəsinin küt travması, sol çiynin küt travması, boynun əzələ gərilməsi, alın nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəbə olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, iş materiallarında zərərçəkmiş şəxs X3 vurulmuş ziyanın ödənilməsinə və sonuncunun Şəxs ilə barışığının olub-olmamasına dair hər hansı bir sübutun olmamasını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar