Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3803/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Şikayətçi- X1 iştirakı ilə, X1 AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-177194 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunmasına və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-177194 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYPİ-nin çıxardırğı №16/1-177194 sayılı qərarda göstərilir ki, Bakı Şəhəri Nərimanov rayon məhkəməsində xx.xx.2024 tarixində 9 iş üzrə çıxarılan 3(005)-2860/2024;3(005)-2839/2024;3(005)-2863/2024; 3(005)-2857/2024;3(005)-2846/2024; 3(005)-2844/2024; 3(005)-2865/2024; 3(005)-2871/2024; 3(005)-2856/2024 nömrəli; xx.xx.2024 tarixində 8 iş üzrə çıxarılan 3(005)-2841/2024; 3(005)-2852/2024; 3(005)- 2853/2024; 3(005)- 2854/2024; 3(005)-2862/2024; 3(005)-2866/2024; 3(005)-2868/2024; 3(005)-2870/2024 nömrəli; və xx.xx.2024 tarixində 8 iş üzrə çıxarılan 3(005)-2838/2024; 3(005)-2840/2024; 3(005)- 2847/2024; 3(005)-2851/2024; 3(005)-2858/2024; 3(005)2859/2024; 3(005)-2867/2024; 3(005)-2869/2024 nömrəli qərardadlara əsasən EQ/16990912; EQ/16476168; EQ/17213295; EQ/17725294; EQ/17514474; EQ/17567653; EQ/17071092; EQ/17684113; EQ/18329927; EQ/17009184; EQ/17172762; EQ/16913430; EQ/16455203; EQ/17949515; EQ/17983463; EQ/16931484; EQ/17578984; EQ/17853047; EQ/17385306; EQ/16493668; EQ/16243650; EQ/16856302; EQ/16227362; EQ/16974621 və EQ/17550536 nömrəli protokollar ləğv olunaraq işə yenidən baxılması üçün BDYPİ-nə göndərilmişdir. Həmin qərardadlarda məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İnzibati Xətalar Məcəlləsinin tələblərini işin hallarının hər tərəfli və obyektiv araşdırlmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X1 İXM-nin 346.1 və 332.3 maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasını ümumiyyətlə dayanma və durma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən X2 inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin Buna baxmayaraq məhkəmə qərarlarının icraatına dair BDYPİ tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə №16/1-177194 qərarda bildirilir ki, qeyd olunan işlərə ayrı-ayrı vaxtlarda baxılarkən sonuncunun dayanma durma qaydalarını pozduğu, İnzibati Xətalar Məcəlləsinin 332.3 cü maddəsi ilə EQ/16990912; EQ/16476168; EQ/17213295; EQ/17725294; EQ/17514474; EQ/17567653; EQ/17071092; EQ/17684113; EQ/18329927; EQ/17009184; EQ/17172762; EQ/16913430; EQ/16455203; EQ/17949515; EQ/17983463; EQ/16931484; EQ/17578984; EQ/17853047; EQ/17385306; EQ/16493668; EQ/16243650; EQ/16856302; EQ/16227362; EQ/16974621 və EQ/17550536 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar düzgün qəbul olunmuşdur. Mübahisələndirlən qərarlar barəsində inzibati xətanı törətdiyimi sübuta yetirən dəlil , sübutları cavabdeh orqandan tələb etmişəm. Lakin onlar hələ də bu vaxta qədər tutarlı bir fakt olmadan yuxarıda sadalanan protokolları X1 barəsində tətbiq etmişdir. Ona görə də onun inzibati xəta törətməyi haqqında sübutlar olmadığından Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyini sübuta yetirən hər hansısa bir səbəb yoxdur. Hesab olunur ki, hazırki vəziyyətdə barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törədilməsinə görə inzibati cərimə növündə tənbeh tətbiq edilməyi qanunsuz və əsassızdır. Buna görə də X4 tərəfindən bir vətəndaş kimi qanunla qorunan hüquqlarım kobud şəkildə pozulmuş, heç bir inzibati xəta törətmədiyi halda məsuliyyətə cəlb olunmuşdur. İş materiallarına dair hətta məhkəmə iclası belə keçirilmişdir. Məhkəmə tərəfindən ləğv olunan qərarların yenidən icraata götürülərək birdəfəlik xitam olunması üçün məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində xx.xx.2024 tarixində 9 iş üzrə çıxarılan 3(005)-2860/2024; 3(005)-2839/2024; 3(005)-2863/2024; 3(005)-2857/2024; 3(005)-2846/2024; 3(005)-2844/2024; 3(005)-2865/2024; 3(005)-2871/2024; 3(005)-2856/2024 nömrəlixx.xx.2024 tarixində 8 iş üzrə çıxarılan 3(005)-2841/2024; 3(005)-2852/2024; 3(005)- 2853/2024; 3(005)- 2854/2024; 3(005)-2862/2024; 3(005)-2866/2024; 3(005)-2868/2024; 3(005)-2870/2024 nömrəli; və xx.xx.2024 tarixində 8 iş üzrə çıxarılan 3(005)-2838/2024; 3(005)-2840/2024; 3(005)-2847/2024; 3(005)-2851/2024; 3(005)-2858/2024; 3(005)-2859/2024; 3(005)-2867/2024; 3(005)- 2869/2024 nömrəli qərardadların icaraatının nəticəsi olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, 16/1- 177194 sayılı qərarda göstərilən barəmdə qəbul edilmiş EQ/16990912; EQ/16476168; EQ/17213295; EQ/17725294; EQ/17514474; EQ/17567653; EQ/17071092; EQ/17684113; EQ/18329927; EQ/17009184; EQ/17172762; EQ/16913430; EQ/16455203; EQ/17949515; EQ/17983463; EQ/16931484; EQ/17578984; EQ/17853047; EQ/17385306; EQ/16493668; EQ/16243650; EQ/16856302; EQ/16227362; EQ/16974621 və EQ./17550536 nömrəli inzibati tənbeh vermə haqqında qərarlara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək bildirdi ki, AR DİN Baş X4 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-177194 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xəta haqqında iş üzrə qərar qanunsuzdur və həmin qərarın ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-177194 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, «Chevrolet» markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif vaxtlarda inzibati xətalara yol verilməsi faktları üzrə Baş X4 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında vətəndaş X2 barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanmışdır. Qeyd olunan işlərə ayrı-ayrı vaxtlarda baxılarkən sonuncunun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı müəyyən olunaraq barəsində Məcəllənin 332.3-cü maddəsilə EQ/16990912, EQ/16476168, EQ/17213295, EQ/17725294, EQ/17514474, EQ/17567653, EQ/17071092, EQ/17684113, EQ/18329927, EQ/17009184, EQ/17172762, EQ/16913430, EQ/16455203, EQ/17949515, EQ/17983463, EQ/16931484, EQ/17578984, EQ/17853047, EQ/17385306, EQ/16493668, EQ/16243650, EQ/16856302, EQ/16227362, EQ/16974621 və EQ/17550536 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Vətəndaş H.Xəlilova həmin qərarlardan Nərimanov Rayon Məhkəməsinə şikayət vermiş və məhkəmə işlərə baxaraq qeyd olunan qərarların ləğv edilməsi və həmin inzibati xətalar haqqında işlərin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərarlar qəbul etmişdir. İnzibati xəta haqqında işlərə yenidən baxılarkən yol hərəkəti qayda pozuntuları tam olaraq sübuta yetirilmiş, Baş X4 İdarəsinin mərkəzi informasiya sistemində nəqliyyat vasitəsinin vətəndaş H.Xəlilovanın istifadəsində olması müəyyən edilmiş, həmin dövr üçün onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı təsdiqini tapmış, eləcə də nəqliyyat vasitəsinin digər şəxsin istifadəsinə verilməsinə dair məlumat aşkar olunmamışdır. Bununla yanaşı, yol hərəkəti qayda pozuntularının məhz vətəndaş H.Xəlilova tərəfindən törədilməsi halı təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə vətəndaş X2 barəsində hər biri 300 (üç yüz) manat məbləğində olmaqla 25 inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 21244539 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X2 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X2 xx.xx.2024-cü il tarixdə saat 13:44-də Nərimanov rayonu, Ziya Bünyadov prospekti ünvanında “Chevrolet Aveo” minik markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozmağa görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir.. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 332.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-177194 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, işə yenidən baxılması AR DİN Baş X4 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir. 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X1 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-177194 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması AR DİN Baş X4 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-in 332.3-cü maddəsi ilə cərimə olunmasına dair AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-177194 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və işə yenidən baxılması AR DİN Baş X4 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3803/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3803/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver