Məhkəmə qərarları › İş №3(005)-3817/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3817/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3817/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan X2 nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X11 Sanayi ve Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X4 iştirakı ilə, «X11 Sanayi ve Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının müdiri Arif Yeşiltepenin Azərbaycan X2 xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X11 Sanayi ve Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının müdiri Arif Yeşiltepenin Azərbaycan X2 xx.xx.2025-ci il tarixli EQ 29912805 saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “X11 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus olan **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2025-ci il tarixdə, saat 23:57 radələrində qeydə alınmış video çəkliş əsasında xx.xx.2025-ci il tarixli Qərar çıxarılmış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə sürücü X3 barəsində 600 AZN cərimə tətbiq edilmişdir. Bunu əsassız və qanuna zidd hesab edirlər. Qərarda göstərilən hallar əsassızdır, çünki xx.xx.2025-ci il tarixdə çıxarılan qərardan elə həmin gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etmişlər, onları ofisə dəvət ediblər və çəkilmiş şəkilləri göstərərək çoxlu nəqliyyat vasitəsinin güya bir çoxunun qaldırıldığını iddia ediblər. Bu sübut olunmadıqda yükün normadan artıq olması iddiası ilə çıxış ediblər. İzah olundu ki, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin BB215119 nömrəli X1 Şəhadətnaməsinin F.1-ci bəndində maksimal kütlə 26 000 kq göstərilmiş, elektron tərəzi do isə 19 620 kq qeydə almışdır. Heç bir xüsusi savad və bacarığa ehtiyac yoxdur dərk edilsin ki, 19 620 kq-lıq nəqliyyat vasitəsini ikiox üzərində idarə etmək mümkün deyil. Sözsüz həmin an təkərlər sıradan çıxar və hadisə törənə bilər. Onlat nəqliyyat vasitəsinin arxa təkərlərinin qalxma vəziyyətinin şəkillərini çəkərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) təqdim etmişlər. Lakin nəzərə alınmamışdır. Nəhayət, uzun fasilədən sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müraciətlərinə xx.xx.2025-ci il tarixdə, 3-27-103/2-B12951/1- 28/2025/17157 qeydiyyat nömrəli məktubla cavab verilmişdir. Məktubu tam əsassız və qanunsuz hesab edirlər və bunu heç bir fakta əsaslanmadan yazılmış cavab kimi qiymətləndirirlər. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X11 Sanayi ve Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X6 şikayətə uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan X2 nümayəndəsi X8 xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarının DİN BDYİ tərəfindən qəbul edildiyini bildirərək iş üzrə tərəf olmadıqlarını qeyd etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İş materiallarından da göründüyü kimi xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən deyil Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmişdir. Lakin şikayət ərizəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəf qismində qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qəbul etmədiyi qərar ilə əlaqədar proses iştirakçısı qismində çıxış etmək və qərarın əsaslı və ya əsassız olmasını qeyd etmək səlahiyyətinə malik orqan deyil. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayətin məhkəmədə baxılması məsələsi qeyrimümkündür. Bundan başqa İXM-nin 130-cu maddəsinə əsasən Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X11 Sanayi ve Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının müdiri Arif Yeşiltepenin Azərbaycan X2 xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar