Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3829/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Statistika İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 28 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs ASC tərəfindən 2022-ci ilin (aylıq) 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı oktyabr ayı üzrə noyabr ayının 15-dək təqdim edilməli olduğu halda iki gün gecikmə ilə təqdim edilmişdir. Belə ki, xəta noyabr ayının 16-da baş vermişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Şəxs ASC-nin əməkdaşları tərəfindən məsələyə ciddi yanaşılmış və hesabat müddəti ötürmədən elektron sistem vasitəsilə göndərilmişdir. Lakin sistemdə baş vermiş xəta səbəbindən hesabat göndərildiyi ünvana vaxtında çatmamışdır. Bu haldan əməkdaşların gec məlumatı olmuşdur. Hazırki vəziyyətdə barələrində mümkün qədər yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs ASC-nin hüquqi ünvanı ünvan 1 Statistika İdarəsi tərəfindən Şəxs ASC-yə ünvanlanmış R/3-707 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 25 fevral tarixli, 15/06 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilərək normativ hüquqi akt statusu almış (aylıq) 12 istehsal (tikinti) (malların istehsalı və təqdim edilməsi, obyektlərin tikintisi və xidmətin göstərilməsi haqqında) rəsmi statistika formaları üzrə 2022-ci ilin oktyabr ayı üzrə hesabatı noyabr ayının 5-ci iş günü saat 13:00dək təqdim edilməmişdir. Bunu nəzərə alaraq xx.xx.2022-ci il tarixində saat 10:00-da Bakı şəhər Statistika İdarəsinə dəvət olunmuşlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 03 dekabr tarixli, 132/09 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilərək normativ hüquqi akt statusu almış (aylıq) 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı oktyabr ayı üzrə noyabr ayının 15dək təqdim edilməli olduğu halda iki gün gecikmə ilə təqdim edilmişdir. Bunu nəzərə alaraq xx.xx.2022-ci il tarixində saat 10:30-da Bakı şəhər Statistika İdarəsinə dəvət olunmuşlar. “Rəsmi Statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası İXM-in 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs ASC tərəfindən (aylıq) 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı oktyabr ayı üzrə noyabr ayının 15-dək təqdim edilməli olduğu halda iki gün gecikmə ilə təqdim edilmişdir. Bununla da Şəxs ASC hüquqi şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs ASC-nin barəsində İXM-nin 389-cu maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3829/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3829/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver