Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-383/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət X10 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in Baş Dövlət X10 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2021 ci ildə təxminən 12:30 radələrində ona məxsus olan VAZ 21214 (NİVA) markalı **-OB-*** qeydiyyat nömrə nişanlı avtomobili ilə K.Rəhimov küçəsindən H.Əliyev küçəsinə doğru hərəkətdə olduğu zaman **-YP-*** qeydiyyat nömrəli YPX avtomaşını ona saxla əmri vermişdir. Yaxınlaşan inspektor avtomobildə konstruksiya dəyişikliyi var deyib protokol tərtib etməmiş, avtomobilini duracağa yerləşdirib 7-ci otağa yaxınlaşmağını demişdir. xx.xx.2021-ci ildə Bakı BPİ-nə yaxınlaşmışdır. Onun qanuni işin aparılmasını tələb etdiyini gördükdə dərhal protokol tərtib edilmiş və avtomobilini də ona qaytarmamışlar. xx.xx.2021-ci ildə DİN-nin özünə və Bakı BPİ-də yüksək rütbəli zabitlərə şikayət etmişdir. Ona heç bir əsas olmadan protokol yazıb qərar vermişlər. İXM 342.5,342.2.2 - ci maddəsilə protokol yazılıb. Ona yazılan protokolun heç bir əsası yoxdur. Konstruksiya dəyişikliyi maşının marka və modelinə aiddir. YHQ-da Azərbaycan Respublikasının qanuna 1 saylı əlavəsində nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinin səbəb olan nasazlıqların siyahısı var. Orada yaylarla bağlı heç bir müddəa yoxdur. Buna baxmayaraq onun avtomobilini əsassız yerə duracaqda saxlayıblar. Odur ki, göstərilənləri nəzərə alaraq vermiş olduğu şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilərək qərar ləğv olunmalı, lakin iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən və inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in Baş Dövlət X8 Yol patrul xidmətinin inspektoru polis kiçik serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X4 İXM-nin 342.2.2-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə) və 342.5-ci (xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) hallarına yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 342.2.2, 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası DİN-in Baş Dövlət X10 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 342.5, 342.2.2-ci maddələri ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər, yəni nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur; 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 70.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İXM-nin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların olub-olmamasını müəyyən etmək üçün müvafiq sübutlar əldə edilməli, mövcud olmalıdır. Hansı ki, hazırda baxılan iş üzrə inzibati xəta haqqında protokola və qərara belə sübutlar mövcudluğuna dair qeydlər aparılmamışdır. Nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin pozulması, avadanlığın quraşdırılması, bunun avtomobilin konstruksiyasının pozulması ilə nəticələnməsi və sair bu kimi texniki məsələlərlə bağlı isə mütəxəssis dəvət olunaraq onun tərəfindən müvafiq rəy verilməlidir. Bu iş üzrə qanunvericiliyin həmin tələbləri də pozulmuş, mütəxəssis rəyi alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, qərarı barəsində şikayət verilmiş orqan isə nümayəndəsinin məhkəmə iclasına gəlməsini təmin etməməklə yanaşı şikayətin əsassız olmasını təsdiq edəcək hər hansı sübutunu, o cümlədən qeyd edilən faktlarla bağlı sübutunu məhkəməyə təqdim etməmişdir. Əgər, belə bir sübutun olduğu müəyyən edilərsə, o zaman qərarın əsaslı olub-olmaması ilə bağlı araşdırma həmin istiqamətdə aparıla bilərdi. İlkin araşdırma zamanı həmin hallar araşdırılaraq törədilməsi ehtimal edilən inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında həmin sübutlar toplanılmalı, sənədlər işə əlavə edilməli, zərurət yarandıqda şahidlər dindirilməli və digər hərəkətlər həyata keçirilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X10 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Bakı şəhəri BPİnin Dövlət X9 göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 İXM-in 342.5 və 342.2.2-ci maddələri ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X10 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməsi hissəsində təmin edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-383/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-383/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver