Məhkəmə qərarları › İş №3(005)-3832/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3832/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3832/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, EQ 24512802 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlərə materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, EQ 24512802 saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz olduğunu qeyd edərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edilən hallara əsasən məhkəmə hesab edir ki, X3 şikayət ərizəsində məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, EQ 24512802 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş, lakin şikayət ərizəsinə qoşma olaraq barəsində Bakı şəhər X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərarı əlavə etmişdir. Bundan başqa əlavə olunmuş qərarda inzibati xətanın törədilmə yeri kimi Xızı rayonu Giləzi kəndi Bakı istiqaməti göstərilmiş və şikayətə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə tərəfindən baxılması barədə hər hansı vəsatət əlavə edilməmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmə heasb edir ki, X3 tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan verilmiş şikayət onu verən şəxsə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 xx.xx.2024-cü il tarixli, EQ 24512802 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar