Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3834/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X5, X1 etibaranmə əsasında nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X4 iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru məmuru X11 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdəə saat 14:30-da ünvan 1 ünvanında borclu Şəxs NRM 2(005)-179/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək tələb olunmuş, lakin borclu icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X11 protokola uyğun izahat verərək, məhkəmə qətnaməsi əsasında boşanmadan sonra xanıma qaytarılmalı olan cehiz əşyalarının bir hissəsi qaytarılmışdır. Lakin, mebellər və qızıllar qaytarılmadığından tələbkar ya həmin əşyaları, ya da onların dəyərinə uyğun plulunu tələb edir. Şikayətçi olduğu protokol tərtib edib, məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında X1 etibaranmə əsasında nümayəndəsi X2 Vüqar Fəqan oğlu tərəfindən məhkəmə qərarında göstərilən əşyaların qaytarılmasını, əks təqdirdə həbs olunmasını məhkəədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrasından boyun qaçırmır, məhkəmə qətnaməsinə əsasən tələbkara qaytarılmalı olan əşyaların götürülməsinə etiraz etmir, digər əşyalar isə onda olmadığından qaytara bilmir. Göstərilənlərin nəzərə alınmasını və barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şəxs vəkili X10 çıxış edərək bildirmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasından yayınmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 179/2022 saylı, xx.xx.2022-ci il tarixli İcra Vərəqəsindən görünür ki, ünvan 2 ünvanda qapı girişindəki dəhlizdə olan güzgülü və divanlı qardoiab (1.500 manat), Qonaq otağı mebeli (2 vitrin stend, 1 güzgülü stend, tv stend, 6 stul, 1 stol., 2 ədəd Televizor LG və Artel markalı, Kondesioner 1 ədəd Divan (1500 manat), Yataq otağı mebeli (Taxt. 2 taxtyanı şkaf, termo, put oturacaq, paltar şkafı), Raskladuşka, 2 tək döşək, 1 taxt döşəyi, 10 ədəd yastıq, 2 ədəd tək yorğan, 1 taxt yorğanı, 10 ədəd balaca yastıq, 3 adyal, prostin çexol dəstləri 7 ədəd, 1 ədəd sendifon yorğan, Can dəsmalları, əl dəsmalları və çay dəsti 3 ədəd, 2 ədəd ütü və 1 ədəd ütü masası, Mətbəx mebeli 2.500 manat, Qabqacaq dəstləri 3000 manat, Xrustal dəst (7 parça) 1000 manat, Qaşıq çəngəl dəstləri 500 manat, Plastik qablar 100 manat, Saxlama qablar (48 parça) 350 manat, Plastik siyirməli şkaf, Paltaryuyan maşın LG 600 manat, Qabyuyan maşın Evrolux 600 manat, Soyuducu Hotpoint 1 əd, Mətbəx masası, 2 stul və divan 400 manat, Qaz sobası 1 ədəd, Soba 450 manat, Mikrovalnovka 350 manat, Ət maşını 1 ədəd, Toster 1 ədəd, Blender 1 ədəd, Mikser 1 ədəd, Qazan dəstləri 3 ədəd, Ləyən və plastik qablar, Eiektronsac 1 ədəd, Süfrələr 3 ədəd, Sokçəkən maşın, Elektron samovar 1 ədəd, Paltartikən maşın 1 ədəd, Tozsoran 1 ədəd 500 manat, Uşaq otağı mebeli Beşik 450 manat, Oyun Setkası 300 manat, Oyuncaqlar, Hamamın santexnika xidməti və aksesuar xərcləri, hər bir otaq üçün ayrılıqda xalça ümumi 5 ədəd olan cehiz əmlakları, toyda taxılan ümumi dəyəri 5000 manat olan 750 əyarlı boyunbaqı, qolbaq, sırğa və üzük, bayramda taxılan qiyməti 250 manat olan 585 əyarlı qolbağ və dəyəri 300 manat olan 585 əyarlı boyunbağı, atasının hədiyyə etdiyi ümumi dəyəri 1800 manat olan 585 əyarlı dəst boyunbağı, qolbağı və sırğa tək qaşlı, anasının hədiyyə etdiyi ümumi dəyəri 900 manat olan 2 üzük 585 əyarlı qızıl zinyət əşyaları, cavabdeh Şəxs alınaraq iddiaçı X8 verilməsi nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək tələbkəra qaytarılmalı olan əşyaları qismən qaytarsa da tam qaytarmamışdır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3834/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3834/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver