Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-384/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Lənkəran şəhəri, X12 küçəsi 17 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 xx xxxxxx 2021-ci il tarixli qərarından və xx xxxxxx 2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi “Vaz 2109” minik markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə Dəmirçizadə küçəsi istiqamətindən üzü “28 May” metrostansiyası istiqamətində soldan birinci zolaqla təxminən 40-50 km/saat sürətlə hərəkətdə olarkən həmin küçənin T.Şıxəliyev küçəsi ilə kəsişməsinə daxil olmuş və qarşıda bir nəfər piyadanın avtomobil yolunu sağdan sola iti addımlarla piyada keçdiyini görüb, hadisənin qarşısını almaq üçün əyləcdən istifadə edib sükanı sağa tərəf döndərdiyi zaman avtomobilin ön hissəsi ilə həmin piyadanı vurmuşdur. Nəticədə piyada yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi 1992-ci il buraxılışlı, “Vaz 2109” minik markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə Dəmirçizadə küçəsi istiqamətindən üzü “28 May” metrostansiyası istiqamətində soldan birinci zolaqla təxminən 40-50 km/saat sürətlə hərəkətdə olmuşdur. Qeyd olunan küçənin T.Şıxəliyev küçəsi ilə kəsişməsinə daxil olub bir neçə metr məsafə qət etdikdən sonra qarşıda bir nəfər xanım piyadanın avtomobil yolunu sağdan sola iti addımlarla piyada keçdiyini görüb, hadisənin qarşısını almaq üçün əyləcdən istifadə edib sükanı sağa tərəf döndərmişdir. Bu zaman ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə həmin piyadanı vurmuşdur. Zərbə yüngül olsa da, piyada müvazinatını itirib yerə yıxılmışdır. O, avtomobili tam dayandırdıqdan sonra maşından enib piyadaya ayağa qalxmaqda köməklik etmişdir. TTYS-nin 103 xidmətinə zəng edib hadisə yerinə TTYS-nin həkim briqadasını dəvət etmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş TTYS-nin həkimləri piyadanı TTYS-nin avtomobili ilə 3 saylı ŞKX-yə aparmışlar. Törətdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X2 və onun qanuni nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixdə saat 15:00-da Nəsimi RPİ-nin Növbətçi Hissəsindən R.Əliyev Nərimanov RPİ-nin Növbətçi Hissəsinə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Şəxs idarə etdiyi “Vaz 2109” minik markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşınla piyada qadını vurması barədə məlumat vermişdir. Daxil olmuş məlumat xarakterli raport xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin “Cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabında HK-1/848 sıra sayı ilə qeydə alınaraq araşdırma aparılmasından ötrü təhqiqatçı Orxan Məmmədovun icraatına daxil olmuşdur; 2/21585 nömrəli,xx xxxxxx 2020-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 5 saylı Asan xidmət mərkəzi tərəfindən verilmiş AF 042488 nömrəli, xx xxxxxx 2020-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B kateqoriyalı sürücüdür; xx xxxxxx 2020-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X10 mülkiyyətində olan “Vaz 2109” minik markalı ** NV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək və sair səlahiyyətləri xx xxxxxx 2021-ci il tarixədək Şəxs etibar etmişdir; Ağsu rayon RQİ və TBŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 2109” minik markalı ** NV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X8r; Təhqiqat araşdırması zamanı sərnişin X3 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində o, iş yoldaşı Şəxs idarə etdiyi “Vaz 2109” minik markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşında sərnişin qismində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə Dəmirçizadə küçəsi istiqamətindən üzü “28 May” metrostasniyası istiqamətində soldan birinci zolaqla hərəkətdə olduqları zaman Şəxs, qeyd olunan küçənin T.Şıxəliyev küçəsi ilə kəsişməsinə daxil olub bir neçə metr məsafə qət etdikdən sonra qarşıda bir nəfər xanım piyadanın avtomobil yolunu sağdan sola iti addımlarla piyada keçdiyini görmüşlər, Cavid dərhal hadisəinin qarşısı almaq üçün əyləcdən istifadə edib sükanı sağa tərəf döndərsə də, ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə həmin piyadanı vurmuşdur. Zərbə yüngül olsa da piyada müvazinatını itirib yerə yıxılmışdır. Cavid maşını tam saxladıqdan sonra onlar maşından enib piyadaya ayağa qalxmaqda köməklik etmişlər. Bundan sonra Cavid TTYS-nin 103 xidmətinə zəng edib hadisə yerinə TTYS-nin həkim briqadasını dəvət etmişdir. Bir neçə dəqiqə sona hadisə yerinə gəlmiş TTYS-nin həkimləri piyada xanımı TTYS-nin avtomobili ilə 3 saylı ŞKX-yə aparmışlar. Cavid isə yaxınlıqda xidmətdə olan adını bilmədiyi polis əməkdaşına özü və hadisə barədə məlumat verərək TTYS-nin avtomobilin arxasınca 3 saylı ŞKX-yə getdiyindən o da Cavidlə birlikdə xəstəxanaya getmişdir. 3 saylı ŞKX-də piyada həkim müayinəsindən keçmiş və ciddi bir xəsarət almadığı müəyyən edilmişdir. Xəstəxanaya gəlmiş təhqiqatçı Orxan Məmmədov isə ilkin sənədləşdirmə apararaq araşdırmaya başlamışdır; Təhqiqat araşdırması zamanı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində o, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən avtomobil yolunu üzü Qarabağ küçəsi istiqamətində piyada keçərkən yolun bir hissəsini keçib qoşa xətdən bir qədər irəlidə olduğu zaman qeyd olunan küçə ilə üzü 28 may metrostansiyası istiqamətində hərəkətdə olan “Vaz 2109” markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub yerə yıxılmışdır. Hadisədən sonra sürücü onu ilk öncə 3 saylı ŞKX-yə, daha sonra isə Respublika Neyrocərrahiyə xəstəxanasına aparıb həkim müayinələrindən keçirtmişdir. Müayinələr zamanı ciddi bir xəsarət almadığı müəyyən edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 02-M saylı rəyindən görünür ki, X1 adına tərtib edilmiş tibbi arayışda qeyd edilən xəsarətlər - ənsə və sol diz oynağının yumşaq toxumalarının şişkinlik halında əzilmələri - hematomaları, almın sol tərəfinin, sol gözüstü nahiyəsinin yumşaq toxumalarının əzilməsi - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə yol nəqliyyat qəzası şəraitində əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aiddir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM-22 nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-384/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-384/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver