Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3844/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyev Aytac İmamhüseyn qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18646179 saylı protokol əsasında inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18646179 saylı protokol əsasında “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək bildirdi ki, mülkiyyətində olan Honda Pilot markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəyərkən, Baş X4 İdarəsində bildirdilər ki, barəsində çoxlu elektron protokollar əsasında qəbul edilmiş qərarlar mövcuddur. Qeyd olunan qərarlardan məlumatı olmamışdır, xx.xx.2024-cü il tarixdə bu qərarlar barədə ona şifahi məlumat verildikdən dərhal sonra, yəni növbəti gün xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla bağlı qəbul edilmiş qərarların surətlərinin ona təqdim edilməsi ilə bağlı rəsmi olaraq ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə ona cavab məktubu göndərilsə də, qoşma olaraq hər hansı qərar əlavə edilməmişdir. Bundan sonra bir neçə dəfə telefon əlaqəsi yaratdıqdan sonra xx.xx.2024-cü il tarixdə ona qərarların surətləri təqdim edilmişdir. Qərarların surətlərini aldıqdan sonra ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli, EQ/18646179 saylı inzibati xəta haqqında elektron protokola əsasən, nəqliyyat vasitəsini idarə edərkən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı müqaviləsinin bağlanmamasma görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə barəmdə Azərbaycan Respublikası İXM-nin 469.3 və 332.3-cü maddələrinə əsasən 300 manat məbləğində cərimə olunmağı barədə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi informasiya sistemində olan məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixli, EQ/18646179 saylı inzibati xəta haqqında elektron protokol əsasında elə həmin gün 300 manat məbləğində cərimə olunmuşdur və hazırda həmin cərimənin üstünə 180 manat məbləğində dəbbə pulu hesablanaraq cəmi 480 manat olmuşdur. Barəsində tərtib edilmiş bu və ümumiyyətlə bütün protokollar texniki cihazlardan istifadə edilməklə elektron qaydada tərtib edildiyindən aşkarlanmış inzibati xəta pozuntularının həqiqətən də onun tərəfindən edilib-edilmədiyi, yaxud da inzibati xəta pozuntusu baş verən zaman mülkiyyətində olan Honda Pilot markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobildə onun ümumiyyətlə olub-olmadığı səlahiyyətli orqan tərəfindən müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparılmayaraq birtərəfli qaydada qanunsuz olaraq barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin maddələrinə əsasən 300 manat məbləğində cərimə olunmağım barədə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixində, saat 07:34 saat radələrində Bakı şəhəri, Nərimanov rayonu, E.Rəcəbli 11, F.Xoyski (və ya Təbriz küçəsi istiqamətidə) “Honda Pilot” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-nin 469.3 və 332.3-cü maddələri ilə təqsirli bilinərək cərimə olunmasına dair Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18646179 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X1 İXM-nin 469.3 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəmə iclasında avtomobilin kim tərəfindən idarə edilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edə bilməmişdir. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X1 İXM-nin nin 469.3 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə dayanma və ya durma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X1 barəsində Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 332.3-cü maddələri ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18646179 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3844/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3844/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver