Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3844/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 16 iyul 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X6 və onun nümayəndəsi və vəkili “De Fendo” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi qərardan X6 və onun nümayəndəsi və vəkili “De Fendo” Vəkil Bürosunun vəkili Nümayəndə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 16 iyul 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 16 iyul 2024-cü il tarixli, MN ******* saylı qərara münasibətdə qeyd etmək istəyirik ki, X4 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1 ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 02 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nəticədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 3(005)-3 234/2024 saylı qərarı ilə hüquqi şəxsin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyi üçün "xxxx" MMC barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Qərardan narazı qalan DƏMX tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apcllyasiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 3(103)-2868/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və qərar hüquqi qüvvəsini almışdır. Bundan sonra hüquqi şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları olmasına baxmayaraq 07 may 2025, 24 iyun 2025-ci il tarixlərində ard-arda DƏMX tərəfindən məktublar daxil olaraq direktorun vəzifəli şəxs kimi cərimləndiyi, hər ay üçün əmək haqqının 50%-nin tutulmalı olması bildirilmişdir. Tərəfimizdən həm şifahi qaynar xətt vasitəsilə, həm yazılı şəkildə müraciətlər edilsə də, heç bir nəticəsi olmamışdır (müraciətlərin surəti qoşmaya əlavə edilir) Müraciətdə dəfələrlə qanuni qüvvəsini almış məhkəmə qərarlarının olduğu, hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığı, təqsirinin istisna edildiyi nəzərə çatdırılsa da, nə şifahi müraciətlər nəzərə alınmış, nə də yazılı müraciətlərə cavab verilməmişdir. Göründüyü kimi hüquqi şəxs kimi barəsində qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarları olmasına baxmayaraq vəzifəli şəxs kimi direktoru Xəqani Məmmədov barəsində inzibati xəta haqqında protokol və onların əsasında inzibati tənbehvermə haqqında qərar tərtib olunaraq icra olunması ilə bağlı məktublar göndərilir. Həmçinin müraciətlərin icra vəziyyəti və mövcud vəziyyətlə bağlı DƏMX-nə müraciətlər ünvanlansa da heç bir nəticəsi olmamış və tərəflərindən lıeç bir geri dönüş edilməmişdir. Bu səbəbdən həmin sözügedən qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır Qeyd edilənlərə və inzibati qanunvericiliyin müvafiq maddələrinə əsasən müəvvən edilir ki, inzibatı protokol və əsasında qəbul edilən inzibati qərar əsassız və qanunsuzdur. Bu hal isə şikayətçinin əməlində özlüyündə hər hansı bir inzibati xətanın olmasını istisna edir və sözügedən qərarın ləğv edilməli olmasını bir daha təsdiq edir. Digər bir problem yaradan məqam ondandır ki, DƏMX tərəfindən inzibati tənbehvermə haqqında qərarlar hüquqi şəxsin ünvanına gec çatdırılır, bəziləri isə ümumiyyətlə heç çatdırılmır. Həmçinin məktublar çatdırılarkən müvafiq qəbz verilmədiyinə görə tərəfimizdən problem yaşanılır, məktubların çatdırılma vaxtının müəyyən edilməsində çətinlik yaşanır. Bu halla bağlı da dəfələrlə DƏMX-nə şikayətlər ünvanlanmışdır. Bildirmək istəyirik kı, şikayətçinin direktoru olduğu "xxxx" MMC barəsində X4 Xidməti tərəfindən 16 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunmuşdur. Həmin sözügedən qərar aşağıdakı əsaslara görə hesab edirik ki, qanunsuzdur və ləğv edilməlidir: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs və barəsində şikayət verilən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qurumun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 16 iyul 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)- 3234/2024 saylı Qərarına əsasən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin direktoru X6 tərəfindən əmək müqaviləsi bağlanmadan X1, X3, X2 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü ilədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin X5 Xidməti Bakı Şəhəri İdarəsi tərəfindən təqdim edilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni, "xxxx" MMC tərəfindən əmək müqaviləsi olmadan şəxsin əməyə cəlb olunub-olunmaması araşdırmamışdır. Həmçinin hüquqi şəxs münasibətdə inzibati xəta tərkibi olmaması əsası ilə protokola xitam verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcududdur. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtərəfli araşdırılmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, "xxxx" MMC-nin direktoru X6 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 16 iyul 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3844/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3844/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver