Məhkəmə qərarları › İş №3(005)-3845/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3845/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3845/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” haqqında qərar qəbul etmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol,həmin protokolun tərtib edilməsinə əsas olaraq X5 xx.xx.2025-ci il tarixli göndərilən məktuba xx.xx.2025-ci il almasına baxmayaraq, sənədləri xx.xx.2025-ci il tarixədək tam təqdim etməməsi göstərilmişdir. X3 AR-nın İXM-nin 539-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 tərəfindən X9 barəsində MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” qərarı tamamilə əsassızdır və ləğv edilməlidir. İlkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 01 .09.2025-ci il tarixli MN seriyalı ******* saylı qərarı onlara xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli, 3-17-512-55846/2025 saylı məktub ona xx.xx.2025-ci il tarixində çatmışdır. Həmin məktubu alınan kimi tərəfindən dərhal əmək müfəttişliyinə aşağıdakı məzmunlu məktub ünvanlanmışdır. “Bildirirəm ki, mənə xx.xx.2025-ci il tarixdə çatdırılmış xx.xx.2025-ci il tarixli, 3-17- 512-55846/2025 saylı məktub ünvanlanaraq vətəndaş X6 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlandığı şikayət əsasında araşdırmanın aparılması üçün 7 sayda sənədlərin (əmək müqaviləsinin surət, son haqq-hesabın ödənilməsi barədə sənədin, əmək müqaviləsinə xitam veriməsi barədə bildiriş, iş vaxtının uçot cədvəli və sair) 7 iş günü ərzində təqdim edilməsi xahiş edilmişdir. İlkin olaraq bildiririk ki, məktub poçt vasitsilə mənə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. X6 mənə məxsus əmlakın mənimsənməsi və israf edilməsi ilə bağlı Sabunçu rayon prokurorluğun şikayət ərizəsi ünvanlamışam. Hazırda Sabunçu rayon Prokurorluğunda mənim şikayətim əsasında X11 barəsində müvafiq araşdırılma aparılır. Araşdırma zamanı X7 məna vurduğu ziyan audit rəyi ilə də öz təstiqini tapmışdır. X19 məndən prokurorluğa edilmiş şikayətin əvəzi olaraq heç bir əsas olmadan mənim bərəmdə müfəttişliyə əsasız şikayət ünvanlamşdır. Bildirir ki Prokurorluq tərəfindən Nuranə Əliyevanın mənə vurduğu ziyanın müəyyən edilməsi üçün həmçinini mühasibatlıq ekspertizası təyin edilmişdir. Tələb olunan sənədlərin əksəriyyəti prokurorluqda olduğu üçün sizin məktubunuz bizə xx.xx.2025-ci il tarixində təqdim edildiyindən, X6 cinayət əməli nəticəsində mənə vurduğu ziyanın müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin edildiyindən bəzi sənədlərin prokurorkuqa olduğu üçün sənədlərin Sizə təqdim edilməsi müəyyən vaxt tələb edildiyindən, sənədlərin prokurorluqdan əldə edilməsi və araşdırmanın gedişatı barədə məlumatların əldə edilərək Sizə təqdim edilməsi üçün bizə vaxt verməyinizi Sizdən xahiş edirik. Odur ki, X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında X9 iştirak etməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi Nümayəndə şikayət ərizəsinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 tərəfindən tərtib olunmuş seriyalı MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” qərardan görünür ki, X9 tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində şərti olaraq 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İXM-in 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətməsinin səbəbi kimi prokurorluqda araşdırmanın aparılması və ekspertizaların keçirilməsi olduğunu bildirsə də, məhkəmə qeyd olunanları, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyünü və həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi X8 şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X9 məhkəməyə təqdim etdiyi ərizəsində də tələb olunan sənədlərin vaxtında təqdim edilə bilməməsini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 539.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar