Məhkəmə qərarları › İş №3(005)-3849/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3849/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3849/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Rza-zadə Nadir Zaur oğlunun 10 noyabr 2022-ci il tarixli qərarından və 01.12 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində özünə məxsus idarə etdiyi Hunday İ 30 markalı ** CY *** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov r-nu Azadlıq prospketi ilə Ak.H.Əliyev küçəsinin kəsişməsində piyada keçidi ilə piyadalar yolu keçdiyindən avtomobili tam saxlamış və bu zaman sağ tərəfində onunla eyni istiqamətdə sürücü X2 idarə etdiyi mopedlə dayanmış, piyadalar artıq yolu keçən zaman yol boşalanda sonuncu hərəkətinə başlayan zaman Şəxs idarə etdiyi avtomobilin sağ qabaq təkəri ilə hərəkətdə olan vaxt ehtiyatsızlıq edib V.Abdulrəhmanovun sol ayağının pəncəsinin üstündən keçməklə ona yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, onun tərəfindən hər hansı yol nəqliyyat hadisəsi törədilməmiş, qayda pozuntusuna yol verilməmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş X2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/24784 saylı 11,102022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti -ayıqdır. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AC 420334 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B, C kateqoriyalı sürücüdür; Təhqiqat araşdırması zamanı izahatı alınmış vətəndaş X2 xx.xx.2022-ci il tarixdə saat təxminən 17:30 radələrində o idarə etdiyi Tufan M 50 markalı mopedlə Nərimanov r-nu Azadlıq prospekti boyunca hərəkət edib Ak.H.Əliyev küçəsi ilə olan kəsişməyə saatda 30 km sürətlə çatıb sol tərəfə H.Əliyev küçəsinə doğru dönüb qarşısında piyada zolağı olduğundan və piyadalar yolu keçdiyindən mopedi tam saxlamış və sol tərəfindən onunla eyni istiqamətlə avtomobil dayanmış, piyadalar artıq yolu keçən zaman yol boşalanda saatda 5-10 km sürətlə hərəkətinə başlayan zaman sol tərəfdə olan avtomobil sağ qabaq təkəri ilə hərəkətdə olan vaxt onun sol ayağının pəncəsinin üstündən keçmişdir.Daha sonra isə sol ayaq nahiyyəsinə əzmişdir.O mopedi irəli sağ tərəfə verib saxlamış və həmin sürücüdə maşını verib saxlayıb ona yaxınlaşıb kobudluq etmişdi. Nəticədə xəsarət almış və aldığı xəsarətlə bağlı xəstəxanaya müraciət etməmişdir. Araşdırma müddətində izahatı alınmış Şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 17:30 radələrində o özünə məxsus Hunday İ 30 markalı ** CY *** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov r-nu Azadlıq prospketi boyunca hərəkət edib Ak.H.Əliyev küçəsi ilə olan kəsişməyə saatda 20-30 km sürətlə çatıb sol tərəfə H.Əliyev küçəsinə doğru dönüb qarşısında piyada zolağı olduğundan və piyadalar yolu keçdiyindən avtomobili tam saxlamış və sağ tərəfindən onunla eyni istiqamətlə moped dayanmışdı piyadalar artıq yolu keçən zaman yol boşalanda saatda 5 km sürətlə hərəkətinə başlayıb piyda zolağının üstü ilə hərtəkət edərkən qəflətən mopedin motorunun gur səsini eşitmiş və maşınının sağ qabaq tərəfindən bərk tapıltı səsini eşitmiş, moped irəli sağ tərəfə sürüb saxlamışdır.O da eyniliklə sürüb sağ tərəfdə saxlayıb düşüb maşına baxdıqda təkərdə və maşında heç bir iz əlaməti olmadığını görmüşdür.Bundan sonra mopedin sürücüsü kobud danışmış və o da DİN-in 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir.Hadisə vaxtı avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1097 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X1 aşkar edilmiş xəsarətlər-sol ayaq pəncəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi və oynaq yarığının daralması ilə müşayiət olunan fluktuasiya edən hematoması, sol diz oynağının qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM-1797 nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar