Məhkəmə qərarları › İş №3(005)-3855/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3855/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3855/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İş № 3(005)-3855/2022 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ QƏRAR BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ 20 dekabr 2022-ci il Bakı şəhəri Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən 23 fevral 2022-ci il tarixdə AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, “Ford Fiesta” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddasinin İ hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və ehtiyatsızlıqdan X2 “yüngül” dərəcəli bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 07:45 radələrində o idarə etdiyi, 2007-ci il buraxılışlı Ford Fiesta minik markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, “Baksol yolu” küçəsi ilə Z.Bünyadov prospekti istiqamətindən üzü Binəqədi şossesi istiqamətində təxminən 30-40 km/saat sürətlə hərəkət edirdi. Qeyd olunan küçədə yerləşən Xarı Bülbül restoranına çatmağına az qalmış məsafədə qarşısında avtomobil sıxlığının olduğunu görüb, onunla eyni istiqamətdə və qarşısında hərəkətdə olan markasını və nömrəsini xatırlmadığı avtomobili ötmək üçün sola tərəf manevr edib, əks istiqamətli hərəkət yoluna çıxdığı zaman idarə etdiyi avtomobilin ön sol hissəsi ilə həmin zaman Baksol yolu küçəsi ilə üzü Z.Bünyadov prospekti istiqamətində düzünə hərəkətdə olan Kia Soul markalı avtomobilin ön sol hissəsi toqquşmuşdur. Toqquşma zamanı yaranmış zərbənin təsirindən hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. O avtomobildən yerə endiyi zaman avtomobilində sərnişin qismində olan iki nəfər xanım sərnişinin xəsarət aladıqlarını görüb TTYS-nin 103 xidmətinə zəng edib hadisə barədə məlumat verdi. Lakin TTYS-nin həkimləri olduqları ünvanı tapa bilmədikləri üçün o həmin xanımları səmt üzrə hərəkətdə olan nəqliyyat vasitəsinə mindirib, yaxınlıqda fəaliyyət göstərən Məlikov adına xəstəxanaya yola saldı. Özü isə hadisə yerində dayanaraq bir neçə dəqiqə sonra həmin ünvana gəlmiş Bakı şəhər DYPİ-nin polis əməkdaşı tərəfindən aparılan sənədləşdirmədə iştirak etdi. Sənədləşdirmə yekunlaşdıqdan sonra polis əməkdaşının tələbi ilə sərxoşluq müayinəsindən keçib xəsarət almış şəxsləri ziyarət etmək üçün xəstəxanaya getdi. Əlavə suallara cavab olaraq, hadisə zamanı heç bir xəsarət almadığını qeyd edib MTE-dən keçməkdən imtina etmişdir. Həmçinin, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş HK 1-1206 nömrəli materiala əsasən müəyyən edilir: HK-1 №-1206 nömrəli, xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:47-də Məlikov adına xəstəxanının tibb bacısı Paşayeva məlumat verərək Baksol yolunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı 1956-cı il təvəllüdlü X3 alın nahiyyəsinin cırılmış yarası xəsarət almasını bildirmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2022-ci il tarixli, 1183 nömrəli rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan, xx.xx.2022-ci il tarixdə yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməllərində cinayət tərkibi olmadığında görə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbirinin görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞnə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar