Məhkəmə qərarları › İş №3(005)-3866/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3866/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3866/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-ali təhsilli, "xxxx" Hüquq Firmasında hüquqşünas köməkçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayam və ünvan 2 qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədovun 20 noyabr 2024-cü il tarixli qərarından və 29 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:20 radələrində sürücü Şəxs etibarnamə əsasında idarə etdiyi "İnfiniti Q50-minik" markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi ilə hərəkətdə olan zaman düzgün ara məsafəsi seçmədiyinə görə qarşısında onunla eyni zolaqda hərəkətdə olan sürücü X5 idarə etdiyi "GEELY MONJARO” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəyərək toqquşmuş, zərbənin təsirindən "GEELY MONJARO” minik markalı avtomobil əks istiqamətli hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan sürücü X1 etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz C180" markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sürücü X9, onun idarə etdiyi avtomobilin sərnişini olan X4 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan zəncirvari yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:20 radələrində o, etibarnamə əsasında idarə etdiyi "İnfiniti Q50” minik markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi ilə Təbriz küçəsi istiqamətindən üzü H.Əliyev prospekti istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 45 km sürətlə düzünə hərəkət etmişdir. O, idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman onunla eyni zolaqda ondan qarşıda hərəkət edən "GEELY MONJARO” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sola dönmə işığını yandırıb, əks zolağa yəni Həsənoğlu küçəsi ilə Təbriz küçəsi istiqamətində dönmək üçün yola çıxmışdı. Bu zaman o əyləci sıxsa da, əyləc tutmamış və nəticə də idarə etdiyi avtomobilin ön hissəsi ilə qeyd olunan avtomobilin arxa hissəsinə çırpılmışdır. Zərbənin təsirindən “GEELY MONJARO” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil əks zolağa keçib "Mercedes Benz" markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdu. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışdı. O da həmin araşdırmada iştirak etmişdir. Hadisə zamanı xəsarət almayıb və MTE-dan keçməkdən imtina etmişdir. Şəxs zərərçəkmiş şəxslər ilə barışdığını, onlara dəyən zərəri ödədiyini bildirmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alıb barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkənlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı X11 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:19 radələrində o özünə məxsus idarə etdiyi "GEELY MONJARO” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ilə Təbriz küçəsi istiqamətindən üzü H.Əliyev prospekti istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 35 km sürətlə düzünə hərəkət edən vaxt tanışı X10 da avtomobildə sərnişin qismində əyləşmişdi. O, idarə etdiyi avtomobil ilə Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində geriyə dönmə yerinə çatmalarına az qalmış sola dönmə işığını yandırıb, geriyə dönmək üçün avtomobilləri gözləməyə başlamışdır. Bu zaman onunla eyni zolaqda ondan arxada hərəkət edən "İnfiniti" markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə onun dayanmış vəziyyətdə olan avtomobilinin arxa hissəsinə çırpılmışdı. Zərbənin təsirindən avtomobili əks zolağa keçmiş və Həsənoğlu küçəsi ilə Təbriz küçəsi istiqamətində hərəkət edən "Mercedes Benz" markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onun avtomobilinin ön hissəsi toqquşmuşdu. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmağa başlamış və o da həmin araşdırmada iştirak etmişdir. Hadisə zamanı xəsarət alıb. X10 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:19 radələrində o, Riad Hüseynovun idarə etdiyi "GEELY MONJARO” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ilə Təbriz küçəsi istiqamətindən üzü H.Əliyev prospekti istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 35 km sürətlə düzünə hərəkət etmişlər. Həmin vaxt o avtomobildə sərnişin qismində əyləşmişdi. Onlar avtomobil ilə Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində geriyə dönmə yerinə çatmalarına az qalmış Riad sola dönmə işığını yandırıb, geriyə dönmək üçün avtomobilləri gözləməyə başlamışdı. Bu zaman onlarla eyni zolaqda onlardan arxada hərəkət edən "İnfiniti" markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə sərnişini olduğu, dayanmış vəziyyətdə olan avtomobiliin arxa hissəsinə çırpılmışdı. Zərbənin təsirindən avtomobil əks zolağa keçmiş və Həsənoğlu küçəsi ilə Təbriz küçəsi istiqamətində hərəkət edən "Mercedes Benz" markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onların avtomobilin ön hissəsi toqquşmuşdu. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışdı. O da həmin araşdırmada iştirak etmişdir. Hadisə zamanı xəsarət alıb. X6 izahatında bildirmişdir ki, 05.11,2024-cü il tarixdə saat təxminən 20:20 radələrində o etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz C180" markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi ilə H.Əliyev prospekti istiqamətindən üzü Təbriz küçəsi istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 30 km sürətlə düzünə hərəkət etmişdir. O düzünə hərəkətdə olan zaman əks zolaqda avtomobillər bir birinə çırpılmış və zərbənin təsirindən "Geely" markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil əks zolağa yəni onun hərəkət zolağına daxil olub ön hissəsi onun avtomobilinin ön hissəsinə çırpılmışdı. Bundan sonra polis işçiləri hadisə yerinə gəlib araşdırma aparmağa başlamışdı. O da həmin araşdırmada iştirak etmişdir. Hadisə zamanı xəsarət almışdır. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədov tərəfindən tərtib edilmiş 1_NK № -1227 nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə H.Əliyev mərkəzinin yanında baş vermiş yol nəqliyyat hadisəsi zamanı 1962-ci il təvəllüdlü X2 və X5 xəsarət almaları barədə məlumat daxil olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/61549 saylı xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X8 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 1342 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü X7 aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X8 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 1370 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü X1 məhkəmə tibbi ekspertizası zamanı bədən səthində hər hansı bir xəsarət xəsarət izi aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X8 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 1341 saylı rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X3 aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sürücü Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin (Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-cü maddəsinin 3-cü hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar