Məhkəmə qərarları › İş №3(005)-387/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-387/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-387/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi X10 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 27 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: «Simerax Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 şikayət ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 27 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X1 Əmək Müfəttişliyi Sumqayıt regional ərazi şöbəsi tərəfindən xəbəri olmadan inzibati qaydada cərimələnmişdir. X11 Sumqayıt regional ərazi şöbəsi tərəfindən 27.01.2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən cərimələndiyi haqqında məlumat ona “ASAN PAY" vasitəsi ilə telefonuna göndərilmişdir. Bu məsələnin araşdırılması üçün nümayəndəsi Pərvin Abbasova etibarnamə verərək barəsində aparılmış inzibati icraatla bağlı zəruri sənədlərin alınmasını etibar etmişdir. 02.02.2022-ci il tarixdə nümayəndəsi X11 Sumqayıt regional ərazi şöbəsindən protokol və qərarın surətlərini almışdır. Həmin Qərarla onun İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1100 manat cərimələndiyi göstərilmişdir. Qərarda müəyyən edilib ki, o, vətəndaş X5 əmək hüquqlarını pozmuşdur. Ona son haqq hesab verməmişdir. Bildirir ki, vətəndaş X9 ilə aralarında bağlanmış əmək müqaviləsinə qanunun tələbləri nəzərə alınaraq xitam verilmişdir. Həmin tarixdə işçi üçün sifariş verilən bank kartı hazır olmadığından nağdsız hesablaşmalar haqqında qanunun tələblərinə əsasən onun son haqq hesabı nağd şəkildə ödənilmişdir. Bu ödənişi şəxsən onun göstərişimə əsasən müəssisənin işçisi Atəş Məmmədov həyata keçirmişdir. Keçmiş işçiləri tərəfindən Əmək Müfəttişliyinə müraciət etməsi başadüşülən deyil. X11 Sumqayıt regional ərazi şöbəsi tərəfindən barəsində başlanılmış inzibati icraatla bağlı məlumatı olmayıb və ona bu günədək heç bir bildiriş, protokol, qərar və digər sənədlər göndərilməyib. İştirakı olmadan barəsində tərtib olunmuş 12.01.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələbləri pozularaq tərtib edilmişdir. Həmin protokoldan xəbəri olmayıb və protokol onun iştirakı olmadan tərtib olunub. Protokolun tərtib olunmasına əsas verən səbəblər və sübutlar təqdim edilməyib. Sadəcə olaraq vətəndaş şikayət edir və müfəttişlik araşdırma aparmadan müəssisənin rəhbəri haqqında intizam tənbehi tətbiq edir. Bildirir ki, X11 Sumqayıt regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş 12.01.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və 27.01.2022-ci il tarixli MN ******* saylı Qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman iş üzrə məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada izahatı alınmayıb. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman onun izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda göstərilməyib. Bundan əlavə İXM-nin 102.2-ci maddəsinin tələbinə əsasən barəsində inzibati icraatın başlanması haqqında müvafiq Qərardad qəbul edilməmişdir. Həmin Məcəllənin 102.4 və 102.5-ci maddələrinin tələbləri DƏMX Sumqayıt regional ərazi şöbəsi tərəfindən pozulmuşdur. Belə ki, İnzibati Xətalar məcəlləsinin 38.1-ci maddəsində müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə qeyd olunmuş, lakin Sumqayıt regional ərazi şöbəsi tərəfindən həmin maddənin müddəaları nəzərə alınmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, işçinin əmək haqqısı və son haqq-hesabı işdən çıxan gün nağd şəkildə verilmişdir. Nağdsız hesablaşmalar haqqında Qanunun 3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağd şəkildə verilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi X13 çıxış edərək bildirmişdir ki, şöbə tərəfindən vətəndaş X5 əmək hüquqlarının pozulmasına dair müraciətinə baxılarkən əldə olunmuş sənədlər əsasında qanunvericiliyin tələbləri pozulmaqla əmək və məzuniyyət haqlarının hesablanmasında qanun pozuntularına yol verilməsi faktı aşkar edilmiş və 27 yanvar 2021-ci il tarixlı MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Səbuhi Abdullayev Azərbaycan Respublikasının 192.4-cü maddəsinə əsasən 1100 (bir min yüz) manat məbləğində cərimə edilmişdir. Verilmiş şikayət tam əsassızdır. Odur ki, verilmiş şikayət ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında 27 yanvar 2022-ci il tarixli MN ******* nömrəli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 1100 (bir min yüz) manat məbləğində cərimə edilmişdir. İş materialları araşdırılaraq müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 25.01.2021-ci il tarixində “Tərəflərdən birinin təşəbbüsü” səbəbi ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda barəsində şikayət verilmiş qərarda göstərilən hadisə 25.01.2021-ci il tarixdə törədilmişdir. Bununla da həmin hadisənin törədildiyi vaxtdan 3 aydan artıq vaxt keçdikdən sonra, yəni İXM-in 38-ci maddəsində müəyyən edilmiş inzibati məsuliyyətə cəlbetmə müddəti keçdikdən sonra şəxs inzibati məsuliyyətə cəlb edilmişdir, bununla da qanunun tələbi pozulmuşdur. Çünki qeyd edilən halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməliydi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 27 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1100 (bir min yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 27 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar