Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3872/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 05 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə saat 15:00-da ünvan 1 ünvanında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 2545 manat borc borclu Şəxs tələb olunmuş, lakin o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin məhkəmənin dəftərxanası vasitəsi ilə daxil olmuş 09 dekabr 2024-cü il tarixli, № e306235/2024-15-12 sayıl məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2121/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. İcra sənədi üzrə tələb borclu tərəfindən tam təmin edildiyindən, Şəxs barəsində inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Şəxs çıxış edərək bildirmişdir ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 2545 manat borcu tam şəkildə tələbkar Babayev Yusif Babaş oğluna ödəmişdir. Şəxs inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin məhkəmənin dəftərxanası vasitəsi ilə daxil olmuş 09 dekabr 2024-cü il tarixli, № e306235/2024-15-12 sayıl məktubu ilə Şəxs barəsində inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3872/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3872/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver