Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3874/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsinin barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsinin barəsində MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, icra sənədinin icrası cavabdeh Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən üzrsüz səbəbdən icra olunmamış, ünvanına bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq İcra haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə biganə yanaşaraq icra sənədinin icrasını təmin etməmişdir. Bununla da borclu Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsi İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nərimanov rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2601/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmri Zərərçəkmiş şəxs münasibətdə ləğv edilməsi, Zərərçəkmiş şəxs Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrası üzrsüz səbəbdən tam icra olunmamışdır. İcra sənədi şöbənin icraatına ilk dəfə xx.xx.2023-cü il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. Görülmüş icra tədbirləri nəticəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna icra sənədinin icra olunduğu hesab edilərək iş üzrə icraata xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İcraat zamanı tələbkar tərəfindən xitam qərarından verilmiş şikayət Nərimanov Rayon Məhkəməsinin 8(005)-435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad a təmin edilmiş, icra vərəqəsinin tam icrası ilə bağlı yenidən icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardada əsasən müəyyən edilmişdir ki, Gəncə -Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Zərərçəkmiş şəxs məcburi iş buraxma müddəti uçun 14449,(54 manat əmək haqqı köçürülmüşdür. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən əmək haqqı cədvəlinə əsasən 15942.23 manat təşkil edir, habelə bülletendə olduğu dövr üzrə ödənilməli əmək haqqı ödənilməmişdir. Sözügedən icra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur .Bundan sonra yenidən müvafiq qaydada icraata başlanılaraq, icra olunması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə, habelə Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyinə icra sənədinin tam icrası ilə bağlı müraciət edilmişdir. Habelə Elm və Təhsil Nazirliyinə zəng vurularaq, icra sənədinin tam icrası şifahi olaraq tələb edilmişdir. Bülleten pulunun verilməməsi səbəbi aydınlaşdırılmışdır. Elm və Təhsil Nazirliyindən verilən şifahi məlumata əsasən bülletenlərin tələbkar tərəfindən Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinə təqdim edilməsinin zəruriliyi bildirilmişdir. İcraat zamanı tələbkarın bülletenlərin notarial qaydada təsdiq olunmuş surətlərinin Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyinə təqdim edildiyi barədə müvafiq ərizəsi daxil olmuşdur. Eyni zamanda ərizədə ona 14449,64 manat əmək haqqı ödənilsə də Gəncə-Daşkəsən Regional Təhsil İcarəsi tərəfindən 1492 manat əksik verildiyini, habelə bülletendə olduğu dövr üzrə ödənilməli əmək haqqının Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ödənilmədiyini bildirərək məcburi icra tədbirlərinin görülməsini bildirmişdir. İcra sənədinin icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinə müraciət edilərək məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli 604 nömrəli Fərmanında məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsi barədə məlumat verilsə də, tələbi icra etməli olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi icra sənədinin tam icrasını təmin icra etməkdən yayınmışdır. Dəfələrlə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə qaynar xəttinə zəng edilərək icra sənədinin tam icrası tələb edilmişdir. Qeyd olunan təşkilatdan bu barədə icra sənədinin icra olunduğu bildirilsə də, rəsmi bu barədə cavab verilməmişdir. İcra sənədinin tam icra edilmədiyindən tələbkar tərəfindən Ədliyyə Nazirliyinə edilən müraciətlərin sayı artmışdır. İcra sənədinin icrasının təmini məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Gəncə -Daşkəsən Regional Təhsil İdarəsi icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə 21.1f .2024-cü il tarixdə inzibati protokolun veriləcəyi barədə xəbərdarlıq edilmiş və xx.xx.2024cü il tarixdə məhkəməyə inzibati protokol tərtib olunacağı barədə məlumat verilmiş, Gəncə -Daşkəsən Regional Təhsil idarəsinin səlahiyyətli nümayəndəsi şöbəyə dəvət olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, etiraz vermək bu və ya digər hüquqların olduğu bildirilmiş, əks təqdirdə iştirakı olmadan inzibati protokol tərtib olunaraq baxılması üçün Nərimanov Rayon Məhkəməsinə təqdim olunacağı da onun nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin səlahiyyətli nümayəndəsi şöbəyə gəlməmiş, tərəfindən icra sənədinin tam icrasını təsdiq edən sübut əlavə edilmədən natamam formada məktub ünvanlanmışdır. Məktubda bildirilmişdir ki, Zərərçəkmiş şəxs Samux rayonu H.Məmmədov adına Qarağaclı qəsəbə tam orta məktəbin direktor vəzifəsinə bərpa olunmuşdur. Ona məcburi iş buraxma müddətinə görə əməkhaqqı və əmək qabiliyyətinin müvəqqəti itirdiyi dövr üçün müavinətlərin Gəncə -Daşkəsən Regional Təhsil İdarəsi hesabına olan hissəsi ödənilmiş, dövlət sosial sığorta hesabına vəsaitin ödənilməsi üçün müvafiq sənədlər elektron hökümət portalına yerləşdirilmişdir. Qeyd olunan məktubda Gəncə -Daşkəsən Regional Təhsil idarəsi icra şöbəsinin xitam qərarının ləğvinə səbəb olan müvafiq qərardadda Zərərçəkmiş şəxs əmək haqqı cədvəlinə əsasən 15942.23 manat təşkil etdiyi halda hansı əsaslarla 1492 manat əksik verildiyi barədə məlumat verilməmiş, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının cavabdehə aid hissəsinin ödənilməsini təsdiq edən ödəniş tapşırığı əlavə edilməmiş, habelə bülletenin tam ödənilməməsinin səbəbi açıqlanmamış, bundan əlavə dövlət sosial sığorta hesabına vəsaitin ödənilməsini təsdiq edən sənədlər göndərilməmişdir. Bu da onu göstərir ki, Gəncə -Daşkəsən Regional Təhsil İdarəsi məhkəmə qərarı ilə müəyyən edilmiş icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən, qərəzli olaraq icra sənədi üzrə üzərinə qoyulmuş vəzifəni tam icra etməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, onların tərəfindən məhkəmə qətnaməsi icra edilmişdir. Belə ki, zərərçəkmiş şəxs işə bərpa edilmişdir. Həmin şəxsə ödənişlər edilmişdir. Məhkəməyə müvafiq sənədləri təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qarşı tərəf bülletendə olduğu dövr üçün də ödənişlər edilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, hüquqi şəxs onu işə bərpa etsə də ona ödənişlər natamam edilmişdir. Məhkəmədən icra sənədinin düzgün icra edilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2601/2022 saylı, xx.xx.2022- ci il tarixli icra sənədindən görünür ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmri Zərərçəkmiş şəxs münasibətdə ləğv edilməsi, Zərərçəkmiş şəxs Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsinə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iş materiallarında olan izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, borclu Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsi icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Belə ki, icra sənədi hüquqi şəxs tərəfindən icra edilmişdir. Bununla da Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsinin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan xəta tərkibinin əlamətlərinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən icra sənədi icra edildiyindən Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3874/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3874/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver