Məhkəmə qərarları › İş №3(005)-3882/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3882/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3882/2024 18.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, Şikayət vermiş şəxs – X3 nümayəndəsi “Sirius” Vəkil Bürosunun vəkili X4, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2020-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli əmək müqaviləsində Zərərçəkmiş şəxs əsas iş yeri "xxxx" QSC, vəzifə olaraq korporativ satış təmsilçisi qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Zərərçəkmiş şəxs onun öz xahişi ilə öz hesabına məzuniyyət verilmişdir. Həmin dövrdə İnteqral QSC Zərərçəkmiş şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının araşdırılması və şirkətə vurulan maddi ziyanın ödənilməsi məqsədilə Nərimanov rayon Prokurorluğuna və Nərimanov rayon Polis İdarəsinə müraciət ünvanlamışdır. Zərərçəkmiş şəxs da öz növbəsində xx.xx.2024-cü il tarixli şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə şikayət ərizəsi ilə müraciət edərək müvafiq ödənişlərin edilməsi və əmək kitabçasının və digər sənədlərin ona verilməsini xahiş etmişdir. X8 Xidməti Zərərçəkmiş şəxs müraciətinə cavab olaraq 3-17-5/2-Q-60842/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə müraciətin araşdırılmasının sənədlər tam olmadığından mümkün olmadığını qeyd etmişdir. xx.xx.2024-cü il tarixində İnteqral QSC ilə Zərərçəkmiş şəxs arasında qarşılıqlı razılaşmaya dair akt tərtib olunmuş, tərəflər bir-birinə qarşı iddiası olmadığını bildirmiş və hər iki tərəf müvafiq orqanlara ünvanladığı ərizələri geri götürəcəyinə dair vəd vermişdir. Tərəflər arasında razılıq əldə edildikdən sonra xx.xx.2024-cü il tarixində Zərərçəkmiş şəxs X11 Məcəlləsinin 68-ci maddəsinin 2.a bəndi ilə (tərəflərdən birinin təşəbbüsü-işçinin öz xahişi ilə) xitam verilmişdir. Əmək Məcəlləsinə uyğun olaraq işçinin son haqq-hesabı olaraq hesablanmış - faktiki işlədiyi günə qədər hesablanmış əməkhaqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış məbləğ İnteqral QSC tərəfindən Zərərçəkmiş şəxs ödənilmişdir. Həmçinin İnteqral QSC tərəflər arasında olan akta uyğun olaraq xx.xx.2024-cü il tarixində Nərimanov rayon Polis İdarəsinə ərizə ünvanlayaraq Zərərçəkmiş şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Buna baxmayaraq xx.xx.2024-cü il tarixində İnteqral QSCnə bildiriş göndərilərək İnteqral QSC səlahiyyətli nümayəndəsi X8 xidmətinə çağırılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs nümayəndəsi X8 Xidmətinə xx.xx.2024-cü il tarixində ərizə ünvanlayaraq tərəflər arasında razılıq əldə olunduğunu və məsələnin mahiyyəti üzrə araşdırılmasının dayandırılmasını xahiş etmişdir. Lakin X8n 23 noyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarında qeyd olunub ki, vətəndaş Quliyev X2 tərəfindən xx.xx.2024-cü il tarixindən 25/K nömrəli əmrə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının araşdırılması yekunlaşanadək işdən kənarlaşdırılması və həmin dövr üzrə əməkhaqqı ödənilməməsi qeyd edilmiş, lakin kənarlaşdırılmanın qanunvericiliyə uyğun olmadığı aşkarlanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin inzibati tənbeh vermə haqqında qərarında qeyd edilmişdir ki, X6 tərəfindən İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. X1 barəsində 900 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq olunmuşdur. Şikayət vermiş X3 nümayəndəsi X7 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X10 bildirmişdir ki, vətəndaş Quliyev X2 tərəfindən xx.xx.2024-cü il tarixli əmrə əsasən vəzifə səlahiyyətlərini sui-istifadə hallarını pozduğu üçün işdən kənarlaşdırılmış və həmin dövr üçün əmək haqqı ödənilməsi qeyd edilmiş, lakin əmək haqqı ödənilməmişdir. Səlahiyyətli orqan tərəfindən müvafiq araşdırma aparılmış və Babayev Əliağa barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 900 manat məbləğində cərimə edilmişdir. X6 şikayətdə tərəfindən qeyd edilən pozuntunun onun tərəfindən vəzifəli şəxs kimi törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, X6 tərəfindən vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar