Məhkəmə qərarları › İş №3(005)-3883/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3883/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3883/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 oğlu şikayət ərizəsində göstərmişdir ki, X2 oğluna xx.xx.2024 tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə müvəkkili tərəfindən İXM 590.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə (ov silahının saxlanması) əlaqədar EXP ******* saylı protokol əsasında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyevin xx.xx.2024 tarixli, EPQ No ******* saylı qərarı ilə 50 AZN məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Eyni əsasla 3 il öncə barəsində xx.xx.2021 tarixdə MN No ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında ona cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sözü gedən cərimə tərəfindən ödənilmiş və silahın saxlanması üçün tələblərə uyğun seyf almış və şəklini çəkərək xx.xx.2021 tarixində həmin sahə müvəkkilinin telefonuna (+994 55 444 85 55) Whatsapp vasitəsilə göndərmişdir. Buna baxmayaraq 3 il sonra yuxarıda qeyd edilən tarixdə (yəni xx.xx.2024 tarixində) ondan xəbərsiz (əyani şəkildə silaha baxış keçirmədən, İnzibati araşdırmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmadan və İXM-nın tələblərini pozaraq) eyni əsasla (yəni İXM 590.1 maddəsi ilə) EXP ******* saylı inzibati xəta haqqında protokolla və inzibati tənbeh vermə haqqında EPQ No ******* saylı qərarla 50 AZN cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan isə xx.xx.2024 tarixdə poçt vasitəsi ilə məlumatı olmuşdur. (Bu barədə zərfin surəti şikayətə əlavə olunur) X2 oğlu barəsində qəbul edilmiş qərar İXM-nın tələblərini pozaraq qəbul edildiyindən inzibati xəta hadisəsinin mövcud olub-olmaması vizual araşdırılmadan və o, inzibati araşdırma ilə bağlı şöbəyə dəvət edilmədən aparılmışdır. Ona görədə hesab olunur ki, barəsində qəbul edilən qərar formal xarakter daşımaqla əsassızdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 oğlu öz izahatında verilmiş şikayəti müdafiə edərək onun barəsində qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tam qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Bədəlov X1 Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Məhkəmə qeyd edir ki, X2 oğlunın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddələri pozulmaqla sənədləşdirildiyindən sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205- 1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 - 343.7, 343.9, 343-1.1 - 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363- 1, 363-2, 368-379, 381.1-381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Qeyd olunan maddədən aydın olur ki, İXM-in 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işlərə rayon məhkəmələri tərəfindən baxılır. Göstərilənlər nəzərə alınaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar buna səlahiyyəti olmayan qurum tərəfindən və qanunvericiliyin tələblərinə zidd formada qəbul edilmişdir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 oğlu tərəfindən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması öz təsdiqini tapmır. Qərarda ümumiyyətlə törədilmiş inzibati xətanın mahiyyəti açıqlanmamışdılr. Belə ki, X2 oğlu şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2021 tarixdə MN No ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında ona cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan foto-şəkildən görünür ki, X2 oğlu silahın saxlanması üçün tələblərə uyğun seyf almış və şəklini çəkərək xx.xx.2021 tarixində həmin sahə müvəkkilinin telefonuna (+994 55 444 85 55) “Whatsapp” sosial şəbəsi üzərindən göndərmişdir. O, isə buna baxmayaraq 3 il sonra yuxarıda qeyd edilən tarixdə (yəni xx.xx.2024 tarixində) ondan xəbərsiz (əyani şəkildə silaha baxış keçirmədən, İnzibati araşdırmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmadan və İXM-nın tələblərini pozaraq) eyni əsasla (yəni İXM 590.1-ci maddəsi ilə) EXP ******* saylı inzibati xəta haqqında protokolla və inzibati tənbeh vermə haqqında EPQ No ******* saylı qərarla 50 AZN cərimə inzibati tənbeh tədbiri tətbiq edildiyini öz ərizəsində bildirmişdir. İş materiallarında olan məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ona xx.xx.2024-cü il tarixdə göndərilmiş və həmin qərardan isə xx.xx.2024 tarixdə poçt vasitəsi ilə məlumatı olmuşdur. X2 oğlunun mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması faktı müəyyən edilməmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi X2 oğlunun üzərinə düşmədiyindən və məhkəməyə onun tərəfindən hadisə vaxtı ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında o, İXM-in 590.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz və şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X2 oğlunun Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayəti təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar