Məhkəmə qərarları › İş №3(005)-3896/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3896/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3896/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X9 iştirakları ilə, X13 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsinin vəzifəli şəxsinin (rəis müavini Anar Şabanov) xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli barəmdə verilmiş «İnzibati tənbeh vermə haqqında qərarı" ilə (vəzifəli şəxs qismində) Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində şikayət olunan qərarda yazır ki, “...Azərbycan Respublikası ƏM-nin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq vətəndaş X11 N. Rövşən tərəfindən 2025-ci ilin 1 may tarixindən 08 may tarixi nədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “mütəxəssis” vəzifəsi üzrə işlərin yerinə yetirilməsi cəlb edilməsi məlum olmuşdur...” Odur ki, sözügedən qərarın ləğv edilməsinə və barəmdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmalıdır. X10 Xidmətinin Bakı şəhər İdarəsi (müvafiq icra hakimiyyəti orqanının) vəzifəli şəxsi tərəfindən tərtib olunmuş protokolda (25 avqust 2025-ci il tarixli MN seriyalı № 2340787) göstərilənlər əsasında çıxarılmışdır. Yəni, inzibati qərarın mənbəyi tərtib olunmuş inzibati xəta haqqında protokoldur. Sözügedən Protokolda heç bir əsaslandırma aparılmadan, yalnız vətəndaş T.Əliyevin şikayətində göstərilən, şantaj xarakterli məlumatlar yazılmışdır. T.Əliyev adlı şəxsin şikayəti əsasında araşdırma barədə "xxxx" MMC-ə məlumat verildikdə, tərəfindən yazılı qaydada X10 Xidmətinin Bakı şəhər idarəsinə münasibəti bildirmişlər. Lakin araşdırma aparan vəzifəli şəxs onların mövqeyini nəzərə almamış, T.Əliyevin onlara qarşı şantaj xarakterli hərəkətlərini görməzdən gəlmiş, onun təqdim etdiyi dəlilləri nəzərə almamışdır. T.Əliyevin əslində onun tərəfindən hər hansı işə cəlb edilmədiyi, onunla əmək münasibətinə girmədiyinə dair DƏX Bakı Ərazi İdarəsinə yazdığı məktubun məzmununu bir daha təqdim edir. Belə ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda mövqeyi belə olunmuşdur ki, vətəndaşın şikayət ərizəsində qeyd etdiyi bütün məlumatlar əsassızdır. T.Əliyev adlı şəxs işə qəbul üçün müraciət etdiyi zaman konsultasiya keçirmiş və özünü doğrultmamışdır. Onun işə qəbul edilmədiyini bildirmişlər. T.Əliyev xahiş etmişdir ki, “Mənə icazə verin, işin mahiyyətini öyrənənə qədər bir neçə dəfə gəlib ofısdəki əməkdaşlar iş gördükdə onlara baxım, özümü doğrultduğum zaman əmək müqaviləsi bağlayıb işə başlayım”. Digər əməkdaşlar X6 1 (bir) həftə işi öyrənməsinə köməklik göstərmişdir, 1 (bir) həftə tamamında yenidən namizədin işə qəbul olunub-olunmaması üçün müsahibə aparmışıq. Lakin onun idda etdiyi vəzifəyə uyğun biliklərə malik olmadığı müəyyən edilmişdir. Bu səbəbdən X6 bir daha gəlməməsini bildirmişlər. Xüsusilə, diqqətə çatdımışıq ki, T.Əliyevə hər hansı işin, xidmətin yerinə yetirilməsi ilə bağlı hər hansı təlimat, tapşırıq, göstəriş verilməmişdir. Ona hər hansı əmək haqqının ödənilməsinə dair vəd verilməmiş, razılıq bildirilməmişdir. “DRESS UNİFÖRM" MMC olaraq şirkətimizdə maksimum əmək haqqı nett 500 ( beş yüz) Azn təşkil edir və heç bir əməkdaşla əmək müqaviləsi bağlandığı zaman 500( beş yüz) Azn-dən yüksək məbləğ təyin olunmayıb. Buna görə də T.Əliyevin guya, ona yüksək əmək haqqı vədi ilə işə cəlb etdiyimizə dair məlumatları həqiqətə uyğun deyil, yalandır. Həmçinin, nəzərə alınmalıdır ki, onların iş yerinə hər ay stabil olaraq sahə müvəkkili gəlir və bütün əməkdaşların həqiqətən əmək müqaviləsi ilə rəsmi qaydada fəaliyyət göstərildiyi yoxlanılır. Həmçinin, onu da X10 Xidmətinin diqqətinə çatdırmışlar ki, T.Əliyev şikayət etməzdən əvvəl, şəxsən mənimlə dəfələrlə danışmış, Vvhatsapp vaistəsilə kartını göndərmiş və məndən pul tələb etmiş, verməyəcəyi halda, şikayət edəcəyini bildirmişdir. T.Əliyev dəfələrlə Wharsapp vasitəsilə kartını göndərmiş, zəng edərək ondan 2200 manat pul tələb etmişdir, verməsə, şikayət edəcəyini bildirmişdir. Sonuncu dəfə T.Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 binasına giriş edən zaman onun Whatsapp nömrəsinə şəkil göndərib yazmışdır ki, 2200 manat ödəməsən şikayət edəcəyik. T.Əliyevin onui şantaj etməsi, 2200 manat pul tələb etməsinə diar özünün göndərdiyi fotoşəkli və Whatsapp yazışmasını sübut qismində vəzifəli şəxsə təqdim etməyimə baxmayaraq, qərar qəbul edilən zaman nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X14 məhkəmə iclasında çıxış edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Azərbycan Respublikası ƏM-nin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq vətəndaş X11 N. Rövşən tərəfindən 2025-ci ilin 1 may tarixindən 08 may tarixi nədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “mütəxəssis” vəzifəsi üzrə işlərin yerinə yetirilməsi cəlb edilməsi məlum olmuşdur. X4 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)- 3522/2025 saylı qərarından görünür ki, "xxxx" MMC tərəfindən X2 əmək müqaviləsi bağlanmadan və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İnzibati xəta haqında işə məhkəmədə baxıldığı zaman məhkəmə tərəflər arasında yaranan münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verərək əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranması qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlinmiş və həmin inzibati xətaya yol vermiş orqan "xxxx" MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Bununla da "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 192.1-ci maddəsinə əsasən: Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan 2 min manatdadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək , hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXMdə nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2025-ci il tarixli, MN 1871071nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar