Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-39/2023 05.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 15 dekabr 2022-ci il tarixli qərarından və xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 09.40 radələrində idarə etdiyi “Toyota Prius (hibrid)” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən Caspian Shoping ticarət mərkəzinin kənarında inşa edilmiş köməkçi avtomobil yolu ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətində hərəkətdə olarkən X2 vuraraq ona yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD 230867 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B,C kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius (hibrid)” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r; xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X6 mülkiyyətində olan “Toyota Prius (hibrid)” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək və sair səlahiyyətləri xx.xx.2030-cu il tarixədək Şəxs etibar etmişdir; Araşdırma müddətində izahatı alınmış Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09:40 radələrində o, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Toyota Prius minik markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən Caspian Shoping ticarət mərkəzinin kənarında inşa edilmiş köməkçi avtomobil yolu ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətində hərəkət edirdi. Qeyd olunan küçədə yerləşən “İydə” dükanının qarşısında hərəkətini düzünə davam etdirdiyi zaman irəlidə YPX avtomobilinin dayanaraq yolu müvəqqəti bağladığını görüb, alternativ yoldan istifadə etmək üçün avtomobili arxa-arxaya hərəkət etdirməyə başladı. Bu zaman diqqətsizlik edərək, avtomobilinin arxa hissəsi ilə arxada hərəkətdə olan bir nəfər yaşlı kişi piyadanı vurdu. Piyadanı vurduğunu hiss edəndən fərhal sonra avtomobili saxlayıb yerə endi və həmin piyadaya yaxınlaşraq ona ayağa qalxmaqda köməklik edib idarə etdiyi nəqliyyat vasitəsinə mindirib onu xəstəxanaya aparmağı təklif etdi. Həmin şəxs isə, səhətində hadisə ilə əlaqəsi olmayan xəstəliklə əlaqədar müalicə aldığı xəstəxanaya getməli olduğunu bildirərək, ondan onu həmin xəstəxanaya aparmağı xahiş etdi. O həmin şəxsi, sonuncunun yolu tərif etdiyi, lakin ünvanını və adını bilmədiyi xəstəxanaya apardı. Həmin piyada avtomobildən enərək xəstəxanaya getdi. Bu zaman o öz istifadəsində olan mobil nömrəni kiçik kağız parçasına yazaraq həmin şəxsə təqdim etdi ki, səhətində yarana biləcək narahatçılıqla əlaqədar ona zəng edə bilsin. Əlavə olaraq həmin şəxsin istifadəsində olan mobil nömrəsini özündə qeyd etdi ki, bir qədər sonra onunla əlaqə saxlayıb səhəti ilə maraqlanacaqdır. Bundan sonra həmin şəxsin razılığı ilə həmin ünvandan uzaqlaşıb getdi. Həmin gün qeyd etdiyi mobil nömrə ilə əlaqə saxlamağa çalışsa da həmin nömrə şəbəkə xidməti xaricində olmuşdur. O da piyadanın ciddi bir xəsarət almadığını, lazim olacağı təqdirdə özünün onunla əlaqə yaradacağını düşünüb həmin şəxsi bir daha narahat etmədi. Bundan bir neçə gün keçəndən sonra isə onun mobil nömrəsinə zəng etmiş polis əməkdaşının dəvəti ilə Nərimanov RPİ-nə yaxınlaşaraq aparılan araşdırmada iştrirak etdi. Aparılan təhqiqat araşdırması zamanı zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində o Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən Caspian Shoping Ticarət Mərkəzinin yaxınlığında piyada hərəkət edən zaman onun arxasında, arxa-arxaya hərəkətdə olan dövlət qeydiyyat nişanını xatırlamadığı Toyota Prius markalı avtomobil tərəfindən vurularaq bədən xəsarəti aldığını bildirmişdir. Sürücü onun istifadəsində olan mobil nömrəsini götürüb, zəng edəcəyini bildirsə də bu günə qədər zəng etməmiş və səhəti ilə maraqlanmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin X10 Nərimanov rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1295 saylı ekspert rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan, xx.xx.2022-ci il tarixdə yoln nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti və toplanmış material sürücü X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM-2034 nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-39/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-39/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver