Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3919/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Musayev Tural Səmid oğlu, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e- 2-2(121)-151/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borc tələbi yerinə yetirilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-151/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli 023/20 nömrəli alqısatqı müqaviləsi üzrə 109861,35 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə olunan çıxarışdan görünür ki, hüquqi şəxs olan "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur və bu növ inzibati xəta obyektiv cəhətdən hərəkətsizliklə törədilən xətalara aiddir. Azərbaycan Respublikası 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və qanunla nəzərdə tutulan digər şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol hüquqi şəxsin direktoru Şəxs hüquqi şəxsin xeyrinə və maraqlarının qorunması məqsədilə icra sənədi üzrə borc tələbini yerinə yetirməməklə hərəkətsizlik etdiyinə görə tərtib olunmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə ehtimal olunan inzibati xətanın vəzifəli şəxs Şəxs tərəfindən törədildiyi yer kimi hüquqi şəxsin ünvanı hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işinin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1) həll etməlidir. 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər həmin məsələnin baxılması hakim, orqanın (vəzifəli şəxsin) səlahiyyətlərinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmamışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Beləliklə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110.1 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilsin. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-3919/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3919/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver