Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3928/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, Şikayət vermiş şəxs X5 iştirakı ilə, X5 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X9 şikayət ərizəsində göstərmişdir ki, Bakı şəhər DYPİ-nin qərarı ilə onun səlayihətində olan və etibarnamə ilə idarə etdiyi Mercedes GLE markalı ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə olunmuşdu. Sözügedən qərarın verilməsinə əsas kimi Bakı şəhəri X16 inzibati təcrübə üzrə inspektoru polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokolu göstərilmişdir. Sözügedən protokolda qeyd olunur ki, guya onun avtomaşınını X12 idarə edərkən xx.xx.2024-cü il tarixində özümə məxsus olan Mersedes markalı ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Xətai rayonu, 8-ci zavod küçəsində nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsi göstərilmişdir. 8-ci Zavod küçəsində avtomaşını idarə edərkən Yol hərəkəti Qaydaların 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə video görintü şəxsi kabinetə yüklənməmişdir. Bakı şəhəri X16 xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarı mənim şəxsi kabinetinə yerləşdirilmişdir. Bakı şəhəri X16 xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Hər şeydən əvvəl xüsusilə qeyd edir ki, o, xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəni ondan başqa heç bir kəs idarə etməyib. Protokolda göstərilən saatda o, işdə olmuşdur. Onun maşınına yazılan protokolda qeyd olunan şəxsi xx.xx.1985-ci il təvəllüdlü X4 onun maşınına heç bir aidiyyəti yoxdur, olmayıbda. Onun ətrafında belə bir tanışı olmayıb. Onun tanımadığı adam maşınını idarə edərkən ona tərtib edilmiş protokol varsa, xahiş edir video görüntü kabinetə yerləşdirilsin. X1 dəvət olunsun və ondan onun maşınını və ya onu tanıdığı soruşulsun. Belə ki, Bakı şəhər DYPİ-nin əməkdaşı onun maşınına tərtib etdiyi protokol saxtalaşdırılmışdır və həmçinin bildirmək istəyir ki, yol hərəkəti qaydası pozulub xx.xx.2024-cü ildə saat 17.53də, yol xx.xx.2024-cü ildə İXP6689493 nömrəli protokol tərtib edilmiş, xx.xx.2024-cü il tarixdə TP688101 qərar çıxarılmışdır. Məhkəmə iclasında iştirak etmiş şikayət vermiş şəxs X9 vermiş olduğu şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görəyüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X12 tərəfindən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə harəkət etdiyinə görə İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X10 28 noyabr 2024-cü il tarixdə İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Göründüyü kimi X10 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar şikayət vermiş şəxs – X5 elektron kabinetinə yerləşdirilmişdir. Belə ki, inizbati tənbeh vermə haqqında qərarda X6 məxsus “Mercedes Benz GLE 350D” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə X12 tərəfindən inzibati xəta törədilməsi qeyd edilsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən həmin halın müəyyən edilməsi mümkünsüzdür. Həmçinin şikayət vermiş şəxs - X9 məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən şəxsi ümumiyyətlə tanımadığını, onun avtomobilini həmin şəxsin idarə etmədiyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X10 inzibati tənbeh olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər X18 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3928/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3928/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver