Məhkəmə qərarları › İş №3(005)-3949/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3949/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3949/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Heydər Əliyev prospekti ilə hərətdə olarkən İbrahimov Rəşad adlı DYP (**-YP-***) əməkdaşı tərəfindən saxlanıldı. Saxlanılan zaman DYP əməkdaşı ona bildirdi ki, **-YP-*** dövlət qeydiyyat nişanlı DYP avtomobilini idarə edən Dilbazi adlı tağım komandiri ona onun avtomobilinin saxlanılmasına dair əmr verib. Saxlama səbəbi barədə məlumat almaq istədikdə isə, İbrahimov Rəşad ona bildirmişdir ki, guya ki nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdırıldığından avtomobili cərimə meydançasına yerləşdirilmədir, özü isə məsələnin həlli üçün Bakı şəhər Baş X7 idarəsinə yaxınlaşmalıdır. Beləliklə, avtomobili xx.xx.2022-ci il tarixdə duracağa yerləşdirildi və bugünədək orada qalmaqdadır. Təbii ki, Bakı şəhər Baş X7 İdarəsinə yaxınlaşan zaman ona məsələni qeyri-qanuni yollarla həll etməyi təklif etsələr də, o, hər hansı inzibati xəta törətmədiyini nəzərə alaraq avtomobilinə dair buraxılış vərəqəsinin verilməsini xahiş etmişdir. 5 və 17-ci otaqlar arasında iki gün ərzində dəfələrlə növbə gözləsə də, polis əməkdaşları ümumiyyətlə tərəfindən verilən izahatları qəbul etməyərək idarəni tərk etməyini xahiş etdilər. Bir neçə gün sonra isə barəsində guya ki, AR İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozduğuna görə İXP ******* saylı, köhnə xx.xx.2022-ci il tarixli protokol tərtib etdilər. Uzun mübahisələrdən sonra Azərbaycan Respublikasında qanun normalarına öz baxış bucağından qiymət verən **-YP-*** dövlət qeydiyyat nişanlı polis avtomobilini idarə edən Dilbazi adlı tağına komandirinin avtomobilində hansı qüsurlar gördüyü barədə məlumat ala bilmişdir. Belə ki, ilk öncə ona bildirdilər ki, avtomobilinin üzərində olan təkərlər istehsalçı zavod tərəfindən quraşdırılmış tələblərə uyğun deyil. Bu da nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsidir. Və ya barəsində AR İXM-nin 342.5-ci maddəsinin tələblərini pozduğuma görə protokol tərtib edilə bilər, O da xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə tətbiq edilə bilər. Lakin, o, nə oxlar üzrə paylanma qaydasını pozmuşdur, nə avtomobilin ağırlıq mərkəzini dəyişmişdir, nə də ki, təkərləri nasazdır. Yəni təkərlə bağlı hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi üçün məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol və onun əsasında qəbul edilmiş TP ******* saylı qərar ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Baş X7 İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə şikayət edilərək Nərimanov Rayon Məhkəməsinin 3(005)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol və onun əsasında qəbul edilmiş TP ******* saylı qərar ləğv edilmiş və işə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən həmin protokol üzrə araşdırmanın aparılması üçün xx.xx.2022-ci il tarixli qərar ləğv edilərək yenidən araşdırma aparılması üçün Baş X7 İdrəsinə göndərilmişdir. Lakin, Baş X7 İdarəsi tərəfindən heç bir araşdırma aparılmadan yenidən xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin olunmasını və xx.xx.2022-ci il tarixli TP seryalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 (yüz əlli) manat miqdarında cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2492/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardan görünür ki, X2 şikayəti təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2530/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, inzibati xətaya dair qərar qəbul etmiş səlahiyyətli orqan Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin rəisi Rəşid Priyev tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətin təmin edilməsində dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2492/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı inzibati xətaya dair qərar qəbul etmiş səlahiyyətli orqan Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin rəisi Rəşid Priyev tərəfindən verilmiş şikayətə əsasən ləğv edilmiş və işə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhəməsinin 3(005)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş və işin halları hərtəfli araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə - yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhəməsinin 3(005)- 2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhər DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilib araşdırılması üçün vəzifəli şəxsə qaytarılsa da, həmin qərarda qeyd olunan hallar müvafiq inzibati orqan tərəfindən araşdırılmamış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla nəqliyyat vasitəsinə hansı əlavə avadanlığın quraşdırılması ilə bağlı konkret məlumat verilməmişdir. Nəticədə yenidən TP seriyalı 544695 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərarda da hər hansı sübuta istinad edilmədən yenidən formal olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri DYPİ-nin TP seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhəri DYPİ-nin tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2022ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar