Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3962/2025 14.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri ilə Azərbaycan Respublikası Səhiyynə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl müəssisəsində plandankənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti (kosmetoloji) X3 məşğul olması və dövlət qeydiyyatı tələb olunmuş, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələri faktı aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, Səhiyyə Nazirliyinə Azərbaycan Respublikası Baş Prokurorluğundan və mətbu orqandan daxil olmuş sorğu əsasında dövlət qeydiyyatından keçirilməklə Şəxsndə plandankənar yoxlama aparılmışdır. Yoxlama zamanı aşkar edilmiş faktlar əsasında hüquqi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələrinin tərkibi müəyyən edildiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin əməllərin törədilməsi inzibati xəta haqqında protokol, yoxlama aktı, fotoşəkillər, əlavə olunmuş əmək müqavilələri və s. digər sənədlərlə təsdiq olunur. Qeyd olunanlara əsasən hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X9 müəssisə barəsində tərtib olunmuş protokola münasibətdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Belə ki, Şəxs MMC Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən lisenziya əsasında fəaliyyət göstərir. Fəaliyyəti dövründə lisenziyadan kənar tibbi xidmətlər göstərmir. Klinikada dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş, notmativ hüquqi aktlarla tənzimlənən, habelə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən dərman vasitələrində istifadə edilmir. Belə ki, fəaliyyəti dövründə belə hallar baş verməmiş, pasiyentlər tərəfindən həmin dərman vasitələri həkimlərə təqdim edilmiş, lakin qeyd edilən dərman vasitələrinin qeydiyyatı omadığında həmin dərman vasitələrinin istifadəsi icra edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kosmetologiya fəaliyyəti ilə bağlı xidmətlərə gəlincə isə işçilərin sertifikasidan keçirilməsi mütəmadi olaraq klinika tərəfindən növbəlilik üzrə icra edilir. Yeni qaydalara əsasən isə işçilər vaxtında təlimatlandırılır. Habelə qeyd etmək istəyirik ki, inzibati protokol tərtib edilərkən müəssisənin rəhbərinin iştirakının təmin edilməmiş, izahatı alınmamış, otaqda aşkar edilmiş dərman vasitələrinin mənbəyi barədə araşdılrma aparılmamış, iştirakı təmin olunmadan onun hüquqlarını protokolun hansı səbəbdən tərtib edilməsi izah edilməmişdir. Bununla da inzibati icraat pozulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin pərakəndə satış əczaçılıq müəssisələrinin 18 sentyabr 2025-ci il tarixli, T-332 №-li yoxlama aktından görünür ki, Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən müəssisədə aparılan yoxlama zamanı X1 tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olması, dövlət qeydiyyatından keçməyən dərman vasitələri faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru X4 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs şirkətində nəzarət yoxlamasının həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli KY ********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin plandankənar yoxlanılması nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixli “X8 Plandankənar” T-332 nömrəli yoxlama aktından görünür ki, ünvan 3 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində 18.09xx.xx.2025-ci il tarixlərdə plandankənar yoxlama keçirilərkən müəyyən edilmişdir ki, müəssisə rəsmi əmək müqaviləsi üzrə həkim-kasmetoloq vəzifəsinə təyin olunmuş Khadija Samedovanın sertifikasiya şəhadətnaməsi olmadan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üzrə “kosmetoloji” ixtisasına aid praktik tibb fəaliyyəti ilə məşğul olması, rəsmi əmək müqaviləsi üzrə həkim-stomatoloq vəzifəsinə təyin olunmuş Günel Səfərovanın sertifikasiya şəhadətnaməsi olmadan “cərrahi stomatologiya” ixtisasına aid praktik tibb fəaliyyəti ilə məşğul olması, kiçik tibb bacısı vəzifəsinə əmək müqaviləsi bağlanmış Esmira Cenikoğlunun kosmetologiya üzrə sertifikasiya şəhadətnaməsi olmadan “kosmetoloji” ixtisasına aid praktik tibb fəaliyyəti ilə məşğul olması, dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən 1 qutu “Dysfor t 500”, 5 qutu “One tox 100”, 2 qutu “Red tox 100”, 1 qutu “May tox 500” və 1 qutu “Lantox 100” adlı dərman vasitələri aşkar edilmişdir. Şəxs MMC ilə Khadija Samedova arasında bağlanmış əmək müqaviləsindən görünür ki, K.Samedova həmin müəssisədə kosmetoloq vəzifəsinə işə götürülmüşdür. Şəxs MMC ilə X5 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, E.Cenikoğlu həmin müəssisədə kiçik tibb bacısı vəzifəsinə işə götürülmüşdür. Şəxs MMC ilə X7 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, G.Səfərova həmin müəssisədə həkim stomatoloq vəzifəsinə işə götürülmüşdür. AH 057719 №-li sertifikasiya şəhadətnaməsindən görünür ki, X7 30 aprel 2024-cü il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 221.1-ci maddəsində “az miqdar” dedikdə, min manatadək olan məbləğ başa düşülür. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” Qaydalarında dərman vasitələrinin dövlət qeydiyyatı üçün müraciət edilməsi qaydası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ilkin ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ixtisaslaşdırılmış ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin əlavə ixtisaslaşdırılmış ekspertizası və əlavə ixtisaslaşdırılmış ekspertizanın nəticələri üzrə qərarın qəbul edilməsi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların 9.1-ci maddəsinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatına alınması haqqında qərar qəbul edildiyi halda, ərizəçiyə 15 təqvim günü ərzində qeydiyyat vəsiqəsi verilir. Həmin Qaydaların 9.2-ci maddəsinə əsasən bir dərman vasitəsinin bir neçə dərman forması eyni zamanda dövlət qeydiyyatına alındıqda, hər bir dərman formasına ayrıca qeydiyyat vəsiqəsi verilir. Həmin Qaydaların 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri Səhiyyə Nazirliyi tərəfındən "Azərbaycan Respublikasının dərman vasitələrinin reyestri"nə daxil edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 2.1-ci bəndində qeyd olunur ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən Terapiya, Kardiologiya, Qastroenterologiya, Nefrologiya, Endokrinologiya, Revmatologiya, Hematologiya, Allerqologiya, İmmunologiya, Nevropatologiya, Psixiatriya, Narkologiya, Dermatologiya, Fizioterapiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Plastik cərrahiyyə, Uşaq cərrahiyyəsi, Urologiya, Travmatologiya-ortopediya, Anesteziologiyareanimatologiya, Mama-ginekologiya, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Pediatriya, Şüa diaqnostikası, Oftalmologiya, Otorinolarinqologiya, Patoloji anatomiya, Genetika, Epidemiologiya, Mikrobiologiya, Laboratoriya kimi xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatı və inzibati xəta haqqında iş üzrə icraat materialında olan digər sənədlər və fotoşəkillərlə sübuta yetirilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 215.4 və 221.1-ci maddələrində nəzərə tutulan inzibati xətalar törədilmişdir. Belə ki, Şəxs MMC-nin nümayəndəsi yuxarıda göstərilən dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin etiraz ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin izahat özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 215.4 və 221.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, İXM-nin 34.3cü maddəsinin tələbinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına uyğun olaraq, daha ciddi xəta hesab olunan İXM-nin 215.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-in 215.4 və 221.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə barəsində 7000 (yeddi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-3962/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3962/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver