Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3973/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş 00700-00286/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Unimetal’’ tərəfindən xx.xx.2022- MMC 06.12,2022-ci il tarixdə ölkə ərazisinə Rusiya Federasiyasından 98450307 nömrəli vaqonla idxal etdiyi “yastı prokat” yükünü Sumqayıt Bas Gömrük İdarəsində **********7374 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmişdir. “Unimetal’’ xx.xx.2022-ci il tarixdə Şimal Ərazi Bas Gömrük idarəsinin “Yalama" gömrük postundan keçməklə 98450307 nömrəli vaqonla ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib edilərək gömrük orqanına elektron qaydada verildiyi **********5449 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsində malın çəkisi, invoys dəyəri və adı barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verdiyi müəyyən edilmişdir. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Baş Gömrük İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli Raportdan görünür ki, Xidməti araşdırma ilə əlaqədar olaraq bildiririk ki, ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasının “MAQNİTOQORSKİY METALLURQİÇESKİY KOMBİNAT” İSC-dən 98450307 nömrə nişanlı nəqliyyat vasitəsi ilə aşqarlanmamış poladda yastı prokat yükü ölkə ərazisinə daxil olmuş və SBGİ-də **********7374 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Rəsmiləşdirmə zamanı məlum oldu ki, **********7374 sorğu nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasında göstərilən **********5449 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci, 31-ci, 35-ci, 38-ci və 42-ci qrafalarında bəyan olunan məlumatların səhv bəyan olunması tərəfimizdən aşkar olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin və X1 haqqında araşdırma aparılması üçün aidiyyatı üzrə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi izahatında aşağıdakı halları göstərmişdir: Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 98450307 nömrəli vaqonla idxal etdiyi “yastı prokat” yükü 06 dekabr 2022-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçərək Azərbaycan Respublikasına daxil olmuş və **********7374 sorğu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Baş Gömrük idarəsində bəyan edilmişdir. Həmin yüklərə dair əvvəlcədən **********5449 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edərkən malların çəkisi, invovs dəyəri və qismən də olsa malın təsviri barədə məlumatları səhv qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, **********5449 sorğu nömrəli 06.12,2022-ci il tarixli qısa idxal bəyannaməsində malın çəkisi, invoys dəyəri və adı barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verdiyi müəyyən edilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlara dair qeyd edir ki, bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Gömrük bəyannaməsi bəyannaməçi tərfindən tərtib edilərək gömrük orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada, vaxtda təqdim edilməlidir və həmin bəyannamədə göstərilən məlumatlar təhrif olunmamalıdır (Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1, 146, 148-ci maddələri). Yəni, bəyannamənin düzgün tərtib edilməməsi ilə bağlı məsuliyyət bəyannaməçinin üzərinə düşür və bu səbəbdən də İXM-in 485.1-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına təhrif olunmuş məlumatın verilməsinə görə məsuiyyət nəzərdə tutulmuşdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3973/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3973/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver