Məhkəmə qərarları › İş №3(005)-3977/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3977/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3977/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X3 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 381.11-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Audiovizual Şurasından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Audiovizual Şurasının sədri X4 tərəfindən tərtib edilmiş 13 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəxs platforma operatoru xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 138, mənzil 26-da retranslyasiya zamanı “Media haqqında” Qanunun 32.4-cü maddəsinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) tələbini pozmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi X2 məhkəmə iclasında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs Şəxs platforma operatoru xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 138, mənzil 26-da retranslyasiya zamanı “Media haqqında” Qanunun 32.4-cü maddəsinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) tələbini pozmuşdur. Bu səbəbdən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələbləri pozulmuşdur. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Retranslyasiya fəaliyyətinin Monitorinqinə dair” 12 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs platforma operatoru xidmətinin retranslyasiya paketində olan xarici televiziya kanallarının monitorinqi zamanı müxtəlif dillərdə yayımlanan 75 (yetmiş beş) televiziya kanalının retranslyasiyasının buna hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan və “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması ilə həyata keçirilməsi təsbit olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Retranslyasiya fəaliyyətinin Monitorinqinə dair” 12 dekabr 2024-cü il tarixli arayışa əlavədən görünür ki, Şəxs MMC-nin Şəxs operator xidməti tərəfindən hüquq verən sənəd olmadan 76 xarici televiziya kanalları retranslyasiya olunmuşdur. Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbəsi tərəfindən təqdim olunmuş RM /24-012 nömrəli arayışa dair 12 dekabr 2024-cü il tarixli, № HR-029/2024 nömrəli hüquqi rəydən görünür ki, təqdim olunmuş arayışda qeyd olunmuş fakt, yəni, Şəxs platforma operatoru xidməti tərəfindən müxtəlif dillərdə yayımlanan 75 (yetmiş beş) televiziya kanalının retranslyasiyasına hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan retranslyasiyası “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması halıdır. Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Şəxsnə ünvanlanmış 12 dekabr 2024cü il tarixli, 3-49/2-764/2024 nömrəli məktubdan görünür ki, Şəxs MMC-nin platforma operatoru xidməti (“Rahat Telecom) tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edilmiş 10 dekabr 2024-cü il tarixli retranslyasiya etdiyi xarici televiziya kanallarının siyahısı üzrə Audiovizual Şura tərəfindən 12 dekabr 2024-cü il tarixdə, saat 11:00-da aparılmış monitorinq zamanı müxtəlif dillərdə yayımlanan 75 (yetmiş beş) televiziya kanalının həmin xidmət tərəfindən buna hüquq verən sənəd və ya sənədlər (müqavilə, lisenziya, icazə və sairə) olmadan retranslyasiya olunması və bununla da “Media haqqında" Qanunun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması faktı aşkar olunmuşdur. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, Şəxs İXM-in 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İş üzrə icraata xitam verilməsinə əsaslar yoxdur. Belə ki, İXM-in 381.11-ci maddəsinə əsasən Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Media haqqında” Azərbaycan Respublikası Qanununun: 32.4-cü maddəsinə əsasən Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə görə lisenziya şərtləri – lisenziyanın alınması üçün ərizəçinin və lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən lisenziya sahibinin yerinə yetirməli olduğu, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs direktorunun inzibati xəta haqqında əməli etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-in 381.11-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5.000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar