Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3979/2024 28.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş 04 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X8 çıxış edərək bildirmişdir ki, tərəflərindən araşdırma aparılmışdır. Şəxslərlə əmək müqaviləsinə xitam verilmiş, lakin onların adları portalda saxlanılmışdır. Məsələ ilə əlaqədar hüquqi şəxsə məlumat göndərilmişdir. Araşdırma ƏƏSMN-nin altsistemi üzrə aparılır. Hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 04 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “Qarabağ və X6 rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında müəyyən edimişdir ki, işğaldan azad olunmuş ərazilərdə iş icazəsi alınmış X5, X3 və X1 Şəxs MMC-də AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən hazıradək işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Lakin Nazirliyin “Əmək məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişləri aşkar edilməmişdir. Bu fakt AR DİN tərəfindən daxil olmuş məlumatlar əsasında aşkar olunmuşdur. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi Daxili İşlər Nazirliyindən daxil olmuş məlumat əsasında yalnız protokol tərtib edərək məhkəməyə göndərmiş, həmin məlumat əsasında hər hansı araşdırma aparmamış, həmçinin həmin protokolda göstərilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, daxil olmuş material öyrənilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, hüquqi şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış, yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmişdir. Həmçinin adları protokolda qeyd edilən şəxslərin və hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin izahatları alınaraq zəruri araşdırma aparılmamış, hüquqi şəxs tərəfindən protokolda adları qeyd edilən şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyən edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, səlahiyyətli orqan tərəfindən şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış, prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamış, araşdırma natamam şəkildə aparılmış və yuxarıda qeyd olunan xüsusatlar aydınlaşdırılmadığından iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, müvafiq məsələ ilə bağlı daha öncə də məhkəmə aktı ilə materiallar araşdırılması üçün səlahiyyətli orqana geri qaytarılsa da yenə də araşdırma aparılmamış və eyni materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanla əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinə geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3979/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3979/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver