Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-398/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 şöbəsinin təhqiqatçısı X3 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə 00100-0156/21 nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasına 000009 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə Rusiya Federasiyasından 99U0326/99ZK639 nömrə nişanlı yük avtomobilində idxal etdiyi fitinqsiz rezin şlanqlar yükünü xx xxxxxx 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********0409 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən yüklərin faktiki netto çəkisi 22670 kq olduğu təqdirdə, bəyannamənin 38-ci qrafasında 18900 kq qeyd etməklə, yəni 3770 kq az çəkidə bəyan etməklə mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatları vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin xx.xx.2021-ci il tarixli raportundan görünür ki, “İpək Yolu” gömrük postundan daxil olmuş 34/024/001241 nömrəli xx.xx.2021ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Şəxs MMC-nin ünvanına 99U0326/99ZK639 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gələn və BBGİ-də **********0409 saylı GB ilə rəsmiləşən 10xx xxx 18900 kq (60000 metr) yalnız tekstil materialları ilə armaturlaşdırılmış və ya digər üsulla birləşdirilmiş rezin şlanqlar (fitinqsiz) yükünə baxış zamanı yer sayında və ölçüsündə heç bir uyğunsuzluq olmadığı, lakin tərəzi qaimələrinə əsasən yükün ümumi çəkisinin 3770 kq artıq olduğu tərəflərindən aşkar olunmuşdur. Araşdırma zamanı Şəxs MMC tərəfindən xx xxxxxx 2021-ci il tarixdə **********0409 sorğu nömrəli Gömrük bəyannaməsində qeyd olunan malların ölçüsü və yer sayı bəyannamədə qeyd olunana uyğun olmaqla çəkisi 3770 kq artıq olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi halda isə ödənilməli olan əlavə gömrük ödənişlərinin məbləğini müəyyən edərək Təhqiqat şöbəsinə məlumat verilməsindən ötrü 34/013/001578 nömrəli xx.xx.2021-ci il tarixli raportla sorğu verilmişdir. Sorğuya Gömrük Prosedurları və Ödənişləri şöbəsindən verilən 34/021/002064 nömrəli xx.xx.2021-ci il tarixli cavab raportuna əsasən Şəxs MMC-nin adına Rusiya Federasiyasından 99U0326/99ZK639 nömrəli avtomaşınla daxil olmuş və **********0409 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən 18900 kq rezin şlanqlar (fitinqsiz) yükünə baxış zamanı yükün ümumi çəkisi 3770 kq artıq olduğu müəyyən olunan yükün, ümumi gömrük dəyəri 000009 saylı, xx.xx.2020-ci il tarixli invoysunda göstərilən ölçü vahidi, paqon metrlə götürüldüyündən və baxış zamanı ölçü vahidininin yəni paqon metrdə uyğunsuzluq aşkar edilmədiyinə görə **********0409 sorğu nömrəli gömrük bəyannaməsində əlavə gömrük ödənişləri yaranmayacaqdır. Beləliklə aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC Azərbaycan Respublikasına 000009 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə Rusiya Federasiyasından 99U0326/99ZK639 nömrə nişanlı yük avtomobilində idxal etdiyi fitinqsiz rezin şlanqlar yükünü xx xxxxxx 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********0409 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən yüklərin faktiki netto çəkisi 22670 kq olduğu təqdirdə, bəyannamənin 38-ci qrafasında 18900 kq qeyd etməklə, yəni 3770 kq az çəkidə bəyan etməklə mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatları vermişdir. İş materiallarında olan Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, şirkətin ünvanına Rusiya Federasiyasından x xxxxxx 2021-ci il tarixdə 99UÖ326/99ZK639 nömrə nişanlı yük avtomobilində idxal edilən mallar xx xxxxxx 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********0409 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Bəyannamə üzrə mallar xx xxxxxx 2021-ci il tarixdə “İpək Yolu” gömrük postunda yoxlanıldığı zaman yer sayı və ölçüsü düz olsa da, çəkisinin bəyannamə və müşayiət sənədində qeyd olunandan 3770 kq artıq olduğu aşkarlanmışdır. Gömrük əməkdaşı bu barədə protokol tərtib etmiş və həmin protokol ilə tanış olaraq imzalamışdır. Mallar sərhədi keçdikdə sərhəd gömrük orqanının əməkdaşı CMR sənədinə yükün çəkisinin artıq olması barədə qeyd edilmişdir. Onlar bu qeydi gördükdə artıq bəyannamə gömrük orqanına verilmişdir. Bundan ötrü bəyannaməni tərtib edən Cümşüd İrzaquliyev ilə maraqlandıqda ona dedmişdir ki, bəyyanaməni gömrük əməkdaşı geri qaytararsa, çəkini artırıb bəyannaməni yenidən göndərər. Malın çəkisi barədə istehsalçı zavod ona yalnış məlumat verib. Buna görə də, o bəyannamədə sənədlər əsasında çəkini belə yazmışdır. Sonradan texniki şərtlər ilə maraqlandıqda da müəyyən etmişlər ki, çəki bəyannamədən çox olmalı idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 482.3-cü maddəsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC tərəfindən gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsinin tələblərinə əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 482.3-cü maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-398/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-398/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver