Məhkəmə qərarları › İş №3(005)-3982/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3982/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3982/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X4, Zərərçəkmiş şəxs X3, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qaradağ rayonu, Lökbatan Ərazi Dairəsi, Lökbatan qəsəbəsi. 2-ci Massiv, keçid 1573, 3v 34 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin sahə inspektoru X2 Sərxan Məmməd oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə 20 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. 20 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə Nərimaov rayonu, M.Məmmədov küçəsi, Qarabağ 69 ünvanında yerləşən “SSD Tikinti” malları mağazasından dəyəri 117 manat olan 7 ədəd qaz filtri oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin sahə inspektoru X9 protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, həqiqətəndə tanışı X10 ilə birlikdə ünvan 2 ünvanında yerləşən "SSD Tikinti" malları mağazasına gələrək mağazadan 5 ədəd irmilik boru üçün nəzərdə tutulmuş filtir (krant) oğurlayraq digər təmir olunan mənzildə istifadə etmişdirlər. Həmin mağazadan yalnız 5 ədəd filtirdən başqa heç nə oğurlamadığını və etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X1 Sərxan Məmməd oğlu tərəfindən ona dəymiş ziyanın ödənildiyini bildirərək onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X12 ziyanın ödənilməsini nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : “İnzibati qaydada tutma haqqında” 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 19 dekabr 2022 il tarixdə saat 16:00 radələrində inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərarın məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna göndərilməsi qərar alınmışdır. Zərərçəkmiş şəxs X7 tərəfindən 20 dekabr 2022-ci il tarixdə yazılmış ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan ona tam ödənilmişdir. Qeyd edilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb və barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş zərəri tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 20 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından azad edilsin. “Femida” Vəkil Bürosunun vəkili X12 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar