Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3987/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş 00700-00256/24 nömrəli, 11 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sumqayıt Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1800/012/004462 saylı raportun araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən alqı-satqı yolu ilə xx.xx.2024-cü il tarixli **********4543 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 2117.01 (iki min bir yüz on yeddi dollar, bir sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmişdir. Bununla da Şəxs barəsində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Raporta qoşma edilən sənədlərə əsasən hüquqi şəxsin adından bağlanılmış xx.xx.2024-cü tarixli xx/xx/2024 nömrəli müqavilə üzrə aparılan ixrac əməliyyatı ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, 2117,01 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bank hesabına qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Gömrük İdarəsi tərəfindən “Met-Ak" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına xx.xx.2024-cü il tarixli 3-33-1800/2-001489/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-33-1800/0017/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-33- 1800/2-001580/2024 nömrəli xəbərdarlıq və bildiriş məktubları göndərilmiş və ixrac edilmiş malların müqabilində müvəkkil bank hesablarına köçürülməmiş xarici valyutada pul vəsaitlərinin köçürməli olduğuna dair lazımi qaydada xəbərdar edilmiş və ona hüquqi məsuliyyəti barədə qabaqcadan izah verilmişdir. Barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan Şəxs MMC-və faktla bağlı saatda iştirak üçün 3-33-1800/2-001650/2024 nömrəli dəvət məktubu göndərilmiş, həmin məktubun ünvana çatdırılmasına baxmayaraq “Met-Ak" MMC tərəfindən nümayəndə qismində hər hansı şəxsin icraatda iştirakı təmin olunmamışdır. DGK X1 Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1 - alqı-satqı və konsiqnasiva üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şəxs ilə Rusiya Federativ Respublikasında fəaliyyət göstərən “QOQ Kazk” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli xx/xx/2024 nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********4543 sorğu nömrəli gömrük bəyannaməsi üzrə alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində hüquqi şəxsin Azərbaycan Respubiikasındakı müvəkkil bank hesabına köçürülməli olan 2117,01 (iki min bir yüz on yeddi dollar bir sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba qanunvericiliklə müəyyən edilmiş 180 gün ərzində köçürülməmişdir. Qanunvericiliklə müəyyən edilmiş 180 gün öhdəliyin son icra tarixi 07 noyabr 2024-cü ildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi“ qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İnzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Sumqayıt Gömrük idarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində **********4543 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 2117.01 (iki min bir yüz on yeddi dollar, bir sent) ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Göründüyü kimi, Şəxs ixrac etdiyi yüklərin dəyəri olan 2117.01 (iki min bir yüz on yeddi dollar, bir sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 2117,01 ABŞ dolları məbləğinin 30 faizi miqdarında, yəni 653,103 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3987/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3987/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver