Məhkəmə qərarları › İş №3(005)-4/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4/2020

22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4/2020 22.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov RPİ–dən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında AP seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2019-cu il tarixdə Şəxs sərxoş vəziyyətdə VAZ21214 markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün idarə etməni itirmiş, nəticədə avtomobili ABU Petrol YDM-nin 8 tapancalı Petson markalı yanacaq paylayıcı kalonkaya çırpılaraq ABU PETROL MMC-yə 21.000 AZN məbləğində maddi ziyan dəymişdir. Hadisə nəticəsində V. Bayramov yüngül dərəcəli bədən xəsarəti almış, həmçinin avtomaşına maddi zərər dəymişdir. Həmin işin baxılması ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs məlumat verilərək məhkəməyə çağırılmışdır. Lakin o, məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə Şəxs məcburi qaydada məhkəməyə gətirilməsi qərara alınmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə gətirilənədək iş üzrə icraat dayandırılması qərara alınmışdır. AR DİN-nin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən daxil olmuş məktuba əsasən Şəxs 2019-cu ilin iyun ayında Türkiyə Respublikasına işləmək üçün getmiş və Türkiyə Respublikasının sərhəddini qaçaq yolu ilə keçməsi ilə əlaqədar Türkiyə Respublikasının 2019-cu il tarixli hökmü ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş və hal-hazırda x1 cəza çəkir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxx 2020-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xətanın aşkar edildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.3-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.0, 53.0.6-ci maddələrinə əsasən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qanunvericiliyin tələbindən göründüyü kimi, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Hazırki iş üzrə inzibati xətanın xx.xx.2019-cu il tarixdə aşkar edildiyini və həmin vaxtdan 1 ildən çox müddət keçdiyini nəzərə alaraq Şəxs xx xxxx 2019-cu il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz. Odur ki, Şəxs xx xxxx 2019-cu il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsi tətbiq edilməklə, xx xxxx 2019-cu il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar