Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “R.N. X4 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə “R.N. X4 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş 21.10.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1, mənzil 2 ünvanında fəaliyyət göstərən “R.N. X4a Biznes” MMC “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda verilən yazılı göstərişləri icra etməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2615/2021 saylı, 26.10.2021-ci il tarixli qərardadından görünür ki, “R.N. X4 Biznes” MMC barəsində İXM-in 598.1.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 03.12.2021-ci il tarixli, 3(103)-2795/2021 saylı qərarından görünür ki, apellyasiya şikayətinin təmin edilməsi, “R.N. X4 Biznes” MMC barəsində İXM-in 598.1.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qaytarılmasına dair Bakı Şəhəri Nərimanov Rayon məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılıb araşdırılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 oktyabr 2021-ci il tarixli **********150306 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar KY ********* kodu ilə Ədliyyə Nazirliyində qeydiyyata alınmış, yoxlamanın predmeti və hüquqi əsası müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışda olan uyğunsuzluq sadəcə texniki yanlışlıqdır. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 6.1.6-cı və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 04.10.2021-ci il tarixli **********150306 nömrəli Qərar çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli 246 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq keçirilməsi nəzərdə tutulan yoxlamalar barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim olunmuş və sonuncu da öz növbəsində yoxlayıcı orqan olan Dövlət Vergi Xidməti tərəfindən MMC-də iyul 2020 - avqust 2021-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması keçirilməsi barədə çıxarış vermişdir. Qeyd olunanlara əsasən MMC-nin 04.10.2021-ci il tarixli **********150306 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı qanunvericiliyin tələblərinə uyğun olduğundan qarşı tərəfin mövqeyi tamamilə əsassızdır və qanunvericiliyin tələblərinə uyğun deyildir. Buna görə də, “R.N. X4 Biznes” MMC barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədəuyğundur. Məhkəmə iclasında iştirak edən “R.N. X4 Biznes” MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 oktyabr 2021-ci il tarixli **********150306 nömrəli qərarına əsasən “R.N. X4 Biznes” MMC-nin iyul 2020 avqust 2021 tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı aşağıda qeyd edilən xüsusatlara əsasən qanunvericiliyin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, “R.N. X4 Biznes” MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi, yoxlama əhatə olunan vergi dövrü iyul 2020 - avqust 2021 tarixləri göstərilmişdir. Vergi Məcəlləsinin 38.3-cü maddəsi əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən həmin maddədə göstərilən hallarda keçirilə bilər. Həmin hallardan biri də (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir. Göründüyü kimi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Həmçinin, vergi orqanına qarşı verilmiş iddia üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11301/2021 saylı, 03.12.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, “R.N. X4 Biznes” MMC barəsində tərtib edilmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli **********150306 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Bundan başqa, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin sorğuya cavab məktubunda da görünür ki, Dövlət Vergi Xidmətinin 04.10.2021-ci il tarixli müraciətinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrfndə qeyd olunan sahibkarlıq fəaliyyəti subyekti barəsində KY211655874 kodu ilə növbədənkənar səyyar vergi yoxlaması qeydiyyata alınmışdır. Həmin yoxlamanın predmeti kimi “Vergi qanunvericiliyinə əməl olunması (Operativ vergi nəzarəti istisna olmaqla)”, hüquqi əsası qismində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsi qeyd edilmişdir. Plandankənar yoxlamanın əsası kimi isə həmin Məcəllənin 38.3.5-ci maddəsinə müvafiq olaraq “Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi” göstərilmişdir. Beləliklə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qanunsuzdur. Qeyd edilənləri nəzərə alaraq, “R.N. X4a Biznes” MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, “R.N. X4 Biznes” MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 598.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021ci il tarixli, **********150306 saylı qərardan görünür ki, “R.N. X4 Biznes” MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi, yoxlama ilə əhatə olunan vergi dövrünün iyul 2020 – avqust 2021 tarixləri müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən KY211655874 saylı çıxarışdan görünür ki, yoxlamanın predmeti və hüquqi əsasları kimi vergi qanunvericiliyinə əməl olunması (operativ vergi nəzarəti istisna olmaqla); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi isə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi göstərilmişdir. İş materiallarında olan “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına” dair 21.10.2021-ci il tarixli, **********729900 saylı aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.10.2021-cı il tarixli **********150306 nömrəli Qərarına əsasən Vergi auditi idarəsinin Xidmət və digər sahələrin auditi şöbəsinin baş dövlət vergi müfəttişi X5 tərəfindən “R.N. X4 BİZNES” MMC (VÖEN **********) adlı nəzarət subyektində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 10.02.2009-cu il tarixli 767-MİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə 01.07.2020-ci il tarixdən 31.08.2021-ci tarixədək dövr üzrə növbədənkənar səyyar yoxlama aparıldı. Cəmiyyət tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda verilən yazılı göstərişləri vaxtında icra edilməməsi göstərilmişdir. İş materiallarında olan “Sənədlərin təqdim edilməsindən imtina edilməsi barədə” 15.10.2021-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən həmin akt ondan ötrü tərtib edilmişdir ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əməl edilməsinin yoxlamasının aparılması üçün müvafiq sənədlər “R.N. X4 Biznes” MMC-dən tələb olunmuş, vergi ödəyicisi tərəfindən tələbnamə ilə tələb olunan sənədlərin yoxlamaya təqdim edilməsindən imtina edildiyi üçün onların götürülməsi həyata keçirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, “R.N. X4 Biznes” MMC-nin fəaliyyəti 09.12.2020-ci il tarixdən 09.12.2025-ci il tarixədək dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, “R.N. X4 Biznes” MMC-nin fəaliyyəti 05.11.2021-ci il tarixdə bərpa edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 03.12.2021-ci il tarixli, 2-1(112)- 11301/2021 saylı qərarından görünür ki, iddianın təmin edilməsi, iddiaçı “R.N. X4 Biznes” MMC barəsində tərtib edilmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İDarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli, **********150306 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsindən daxil olmuş 30.12.2021-ci il tarixli, 05/9465-11 nömrəli məktubdan görünür ki, Dövlət Vergi Xidmətinin 04.10.2021-ci il tarixli müraciətinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeyd olunan sahibkarlıq fəaliyyəti subyekti barəsində KY211655874 kodu ilə növbədənkənar səyyar vergi yoxlaması qeydiyyata alınmışdır. Həmin yoxlamanın predmeti kimi “Vergi qanunvericiliyinə əməl olunması (Operativ vergi nəzarəti istisna olmaqla)”, hüquqi əsası qismində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsi qeyd edilmişdir. Plandankənar yoxlamanın əsası kimi isə həmin Məcəllənin 38.3.5-ci maddəsinə müvafiq olaraq “Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi” göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.4-cü maddəsinə əsasən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının və ya maliyyə monitorinqi orqanının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda verdikləri yazılı göstərişlərinin vaxtında və ya tam icra edilməməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə hesab edir ki, “R.N. X4 Biznes” MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır və Cəmiyyət barəsində hər hansı inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Belə ki, işin tədqiq edilmiş hallarından da göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokolda MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 598.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həmin idarənin 04.10.2021-ci il tarixli, **********150306 nömrəli Qərarı və həmin qərar əsasında tərtib edilmiş 21.10.2021-ci il tarixli, **********729900 nömrəli aktla təsdiq olunur. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 03.12.2021-ci il tarixli, 2-1(112)-11301/2021 saylı qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli **********150306 nömrəli qərarı ləğv olunmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, vergi yoxlamasının keçirilməsi haqqında qeyd edilən qərar məhkəmə tərəfindən qanunsuz hesab edilməklə ləğv edildiyindən həmin qərara əsaslanmaqla tərtib olunmuş inzibati xəta haqqında protokol da qanunsuz hesab edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə “R.N. X4 Biznes” MMC-yə istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar (04.10.2021-ci il tarixli, **********150306 nömrəli Qərar və həmin qərar əsasında tərtib edilmiş 21.10.2021-ci il tarixli, **********729900 nömrəli akt və digər sənədlər) həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul edilən hesab edilə bilməz, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar mövcuddur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.10.2021-ci il tarixli, **********150306 nömrəli Qərarının Bakı İnzibati Məhkəməsinin 03.12.2021-ci il tarixli, 2- 1(112)-11301/2021 saylı qərarı qanunsuz hesab edilərək ləğv edilməsi preyudisial əhəmiyyət kəsb edən hal kimi müəyən edilmişdir. Qeyd edilən hal iş üzrə “R.N. X4 Biznes” MMC tərəfindən İXM-in 598.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dəlalət edən, səlahiyyətli orqan tərəfindən təqdim edilmiş sübutların mötəbər hesab edilməsinə imkan vermir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs “R.N. X4 Biznes” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş 21.10.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-4/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4/2022
18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver