Məhkəmə qərarları › İş №3(005)-4/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Nərimanov Rayon Polis İdarəsinin Dövlət X17nin yol patrul xidməti inspektoru X8, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X6 iştirakları ilə, X9 barəsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X17 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X17 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, X9 barəsində xx.xx.2022-ci il tarixdə saat 05:00-da Nərimanov rayon Dövlət X17 tərəfindən qanunsuz olaraq İXP seriyalı ******* nömrəli protokol tətbiq olunmuşdur. xx.xx.2022-ci il tarixli Nərimanov rayon DYPŞ polis mayoru X14 tərəfindən TP ******* nömrəli qərar qəbul edilmişdir. Qəbul edilmiş həmin qərarın ləğv olunmasını xahiş edir. Belə ki, 08.2022-ci il tarixdə saaat 05:00-da yol patrul inspektoru Şamxal Həsənov onu qanunsuz olaraq saxlamışdır. Dövlətin ona verdiyi lisenziyalı alkotesterlə yox, öz şəxsi aldığı alkotesterlə onun sərxoşluq vəziyyətini yoxlamış və 0,06 promil çıxmışdır. Bu isə onu göstərir ki, o içkili vəziyyətdə olmamışdır. Dərhal özü həkim müayinəsinə getmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsində qanında 0,000 % alkoqol çıxmışdır. Odur ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X17 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X9 şikayətə uyğun izahat verərək bildirmişdir ki, qeyd olunan qərardan verdiyi şikayət əsasında Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və barəsində tərtib edilmiş inzibati qərar ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Daha sonra X19 İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Brəsində tərtib olunmuş qərarın qanunsuz olduğunu qeyd edərək ləğv edilməsini və barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X11 çıxış edərək bildirdi ki, X9 barəsində tərtib olunmuş inzibati xəta haqqında qərar qanunvericliyin tələblərinə uyğun tərtib edildiyindən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdi. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X17 tərəfindən tərtib olunmuş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X9 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X17 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə saat 05:00-da idarə etdiyi “Toyota Corolla” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci i tarixli, 3(103)-2913/2022 saylı qərararından görünür ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov tərəfindən verilən şikayət qismən təmin edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin X6 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X17 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinin təmin edilməsi barədə 21 sentyabr 2022-ci il tarixli, 3(005)-2745/2022 saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmədə tədqiq olunan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokoldan görünür ki, X5 içki qəbul etdiyini etiraf etmiş, Həkim müayinəsinə ehtiyac olmadığını və göstərici ilə razı olduğunu qeyd etmiş və imzalamışdır. Məhkəmədə tədqiq edilmiş alkoqol miqdarı barədə xüsusi texniki cihazın göstəricisinə dair çıxarışda X6 0,418 faiz spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli 2/28592 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktında X1 aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-nin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, X6 təqdim etdiyi 2/28592 nömrəli, xx.xx.2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolunda sürücünün ayıq vəziyyətdə olması qeyd edilsədə, X2 vəziyyəti xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində xüsusi texniki vasitənin köməyi ilə yoxlanılmış və bu barədə xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur. X7 alkoqolun miqdarı 0,418 faiz, yəni qanunvericiliyin müəyyən etdiyi sərxoş vəziyyətdə olması hesab edilməsinə əsas verən ölçüdən artıq olmuşdur. Eyni zamanda spirtli içki qəbul etməsini ******* nömrəli protokolda etiraf edərək bir daha içkili nəqliyyat vasitəsi idarə etməyəcəyini qeyd etmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X6 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X17 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X17 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar