Məhkəmə qərarları › İş №3(005)-4015/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4015/2022

29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4015/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1988-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Nadir Rza-zadənin 13 dekabr 2022-ci il tarixli qərarından və İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı ** DA *** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu Atatürk prospektində yeraltı tünelin çıxışına doğru hərəkət edərkən ehtiyatsızlıq edib piyada qismində yolu keçən azyaşlı, 2012-ci il təvəllüdlü X3 oğlunu vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Bununla da Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin (Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir) tələblərini pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs, protokol tərtin edənin nümayəndəsi və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qeyd edilən şəxslər məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu Azadlıq prospekti ev 137 mənzil 8-də yaşayan İbrahimova Məşkurə ilham qızı Nərimanov RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ağ rəngli Toyota Prius markalı avtomobil azyaşlı övladı X3 oğlunu vuraraq xəsarət yetirmiş və oğlunu köməksiz vəziyyətdə qoymuşdur.Həmin sürücünün tapılıb cinayət məsuliyyətinə cəlb olunmasını və oğluna dəymiş maddi ziyanın ödənilməsində köməklik edilməsini xahiş etmişdir. Vət. Şəxs izahat verərək, o, Toyota Prius markalı ** DA *** dövlət nömrə nişanlı avtomobili 18 noyabr 2022-ci il tarixdən 27 noyabr 2022-ci il tarixinə kimi idarə etmiş və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur.xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində Atatürk prospekti ilə üzü yeraltı nəqliyyat qovşağına doğru idarə edib tunelin içi ilə üzü N.Yusifbəyli küçəsi olan istiqamətə doğru yolun soldan ikinci zolağı ilə saatda təxminən 30-35 km sürətlə hərəkət edib tunelin çıxışı istiqamətdə qəflətən yolun sol tərəfindən sağ tərəfinə doğru cavan oğlan yolun sağ tərəfinə doğru qaçıb avtomobilinin ön örtüyünə dəyib sonra yerə düşmüşdür. O artıq əyləcdən istifadə etsədə gec olmuşdur. O dərhal avtomaşından düşüb həmin oğlan uşağına yaxınlaşmışdır. Ətrafda olan tanımadığı digər insanlarda köməklik göstərmişdir. O həmin piyadanı avtomobilin sağ arxa qapısını açıb arxada əyləşdirmiş və ona köməklik təklif etmişdir. Lakin uşaq ağlayaraq anasının yanına getmək istədiyini demiş və onu evə aparmağını bildirmişdir. O da avtomobili onun dediyi istiqamətə sürüb X.Şuşinski küçəsi ətrafında piyada dediyi yerdə saxla demiş və o maşını saxlayıb uşaq maşından düşüb qaçaraq uzaqlaşmışdır. Həmin vaxtı hadisədən sonra maşında qabaq sağ oturacaqda kömək üçün bir nəfər əyləşmişdi. Həmin şəxsidə uşaq düşən yerdə o düşürtmüş və onun barəsində heç bir əlaqə olaraq məlumatı yoxdur.Toqquşma anında avtomobilin sürəti 35 km/saat olmuşdur.O piyadanın qaçmasını 6-7 metr məsafədə görmüşdür.Hadisə anında avtomobildə tək olmuş, sonra isə kömək üçün hadisə yerində olan tanımadığı bir nəfər cavan oğlan avtomobilinin sağ qabaq oturacağına əyləşmişdi. Şəxs idarə etdiyi Toyota Prius markalı ** DA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, nəqliyyat vasitəsinin ön örtüyünün üzərində batıq izləri, sol arxa qapının alt hissəsində əzik və sağ qabaq qapıda zədə izləri aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin X2 561/MES saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 2012-ci il təvəllüdlü X1 adına tərtib olunmuş tibbi sənəddə «Qapalı kəllə beyin travması, üzün, alnın və sağ əlin sıyrılmış yarası» diaqnozu qoyulmuş və nevroloji statusunda hər hansı bir travmatik dəyişiklik haqqında qeydiyyat aparılmamışdır.Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, yolnəqliyyat hadisəsi nəticəsində yaran bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Nadir Rza-zadə tərəfindən 13 dekabr 2022ci il tarixdə qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı ** DA *** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu Atatürk prospektində yeraltı tünelin çıxışına doğru hərəkət edərkən ehtiyatsızlıq edib piyada qismində yolu keçən azyaşlı, 2012-ci il təvəllüdlü X3 oğlunu vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs yetkinlik yaşına çatmayanı etibarnamə əsasında idarə etdiyi avtomobillə vurduqdan sonra hadisə yerindən yayınması iş üzrə məsuliyyəti ağırlaşdıran hal kimi hesab edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin İİ hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 9 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar