Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-402/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, X1 barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli qərarın ləğv olunmasına dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli qərarın ləğv olunmasına dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona Nərimanov İcra və Probasiya şöbəsindən zəng gəlib ki, onun üstündə cərimə var (guya karantin qaydalarını pozmağa əsasən). O, təəccüblənmişdir, çünki onun barəsində heç bir dəfə də protokol yazılmamış və yazıla bilməzdi də, ona görə ki, o, həmişə karantin qaydalarına riayət etmişdir və edir. Bunu cərimə qorxusuna görə yox, öz sağlamlığını qorumağına əsasən edir. Həmçinin, onun barəsində qərar (protokol) yazılsaydı, o, bunu bilərdi və günahı olsaydı, cəriməni qanuna riayət edən bir vətəndaş kimi ödəyərdi. İcra və Probasiya Xidmətindən məktub alandan sonra həmin quruma yollanmış və barəsində olan protokola və qərara baxış keçirərkən görmüşdür ki, bu qərar və protokol heç bir hüquqi qüvvəyə malik deyil. Qərarı verən Nərimanov rayon 16-cı polis bölməsinin bu qərarı saxtadır və böhtandır. Saxtalığın detalları isə bundan ibarətdir: Protokol № ******* yazan şəxs 16-cı polis bölməsinin əməkdaşı X3 əgər ona qarşı protokol tərtib etmiş olsaydı, o protokolla bağlı sənədi imzası ilə təsdiq edərdi. Amma protokolda onun imzası yoxdur. Protokolun bəndində şahidlərin adı, soyadı və imzası olmalıdır. Bu bənd isə boşdur. Protokol əsasında qərar verən 16-cı polis bölməsinin rəisi onu bölməyə dəvət etməyib və ya məktubda göstərməyib. Bu da onu göstərir ki, onu məlumatlandırmamaqla iş gedir icra və probasiya xidmətinə. İcra xidməti isə məcburən cəriməni alır. Lakin bu, qanunu bilməyən insanlar üçündür. O, isə qanunları çox yaxşı bildiyinə görə qoymaz ki, ona böhtan ataraq “cibinə girsinlər”. Bundan əlavə 16cı polis bölməsinin ona qarşı saxta qərar çıxartmağı həm də qisas xarakteri daşıyır, çünki o 16-cı bölmə haqda ********* nömrəli cinayət işinin açılmaması barədə dövlət qurumlarına şikayət etmişdir və edir. Daha bir sual yaranır ki, saxta qərar 16-cı bölməyə nə verir? Bunun da cavabı var. Fikrimcə, Abbasov Yasin yazdığı çoxlu cərimələrə görə təşviq alır. Və sonda bütün bunları araşdırmaq və qərarın surətini götürmək üçün 16-cı bölməyə getmişdir. Bölmə rəisinə (Xəyal adında şəxsə) araşdırma aparmaq üçün o, öz iradlarını bildirmişdir. Bölmə rəisi təəccüblənsə də, kobud şəkildə bildirdi ki, qərarı ləğv edə bilməz və o, məhkəməyə müraciət etsə belə, məhkəmə polisin tərəfini tutacaq. Həmçinin, o, protokolu “guya” tərtib etmiş Abbasov Yasinin bölməyə gəlməsini tələb etmişdir. Ancaq ona mənfi cavab verilmişdir. Bölmə rəisi onun narazılığını araşdırmaq istəməməkdən başqa, onunla kobud rəftar etmək, vaxtını almaq və onu stress vəziyyətinə gətirməklə ona maddi və mənəvi zərər vurmuşdur. Bütün faktları və təhlilləri nəzərə MN seriyalı ******* qərara xitam verilməsi, Nərimanov rayon 16-cı polis bölməsinin əməkdaşı X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308, 313 və 314 maddələrinə əsasən məsuliyyətə cəlbetmə ilə bağlı qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs və qərarı barəsində şikayət veriılən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin və qərarı barəsində şikayət veriılən səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx xxxx 2020-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 29 ünvanında karantin rejimi qaydasını pozmuşdur. Bu səbəbdən də, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 29 ünvanında karantin rejimi qaydasını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində MN seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də, X2 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X3 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X3 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-402/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-402/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver