Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-403/2025 10.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi X1 ilə, Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 327.6, 334.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işi məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 327.6, 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən tərtib olunmuş protokol iş materialları ilə birlikdə 07 fevral 2025-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:34 radələrində “Kia Optima” minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə inzibati xəta törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinin tələbinə görə, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinin əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinin tələbinə görə, inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinin tələbinə görə, protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və ya digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsindən görünür ki, Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 334.3-cü maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbirinin nəzərdə tutulmasına baxmayaraq Şəxs barəsində inzibati protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, lakin, məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Bununla yanaşı həmin tarixdə barəsində inzibati icraat aparılan şəxs məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarına zidd olaraq inzibati xəta törətmiş şəxs barəsində tərtib olunmuş protokol və aidiyyəti sənədlər məhkəməyə qanunvericiliklə müəyyən edilmiş müddət pozulmaqla göndərilmiş və həmin tarixdə barəsində protokol tərtib olunmuş şəxsin iştirakı məhkəmədə təmin edilməmişdir. Beləliklə hesab edirəm ki, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 111, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 327.6, 334.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhəri Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə həmin orqana geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-403/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-403/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver