Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4033/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlu, Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov rayon Polis İdarəsi DYP şöbəsi tərəfindən inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP7267752 saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta materiallarına nəzər saldıqda görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, İXM-nin 529.3-cü maddəsinə görə, yol hərəkəti əleyhinə olan inzibati xətaların, yaxud ........... törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət müəyyən edilmişdir. EQ 26629349 nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, həmin xətanın şəxsə çatdırılması müddəti də nəzərə alındıqda, üzərindən 3 aydan çox müddət keçmişdir. Belə olan halda, inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 aydan sonrakı gün 529.3-cü maddənin törədildiyi tarixdir və həmin maddə X1 inzibati xətalar fəslində yer aldığı üçün inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38-ci maddəsinə əsasən, 4 ay olaraq müəyyən edilmişdir. İXM-nin 53.1.6-ci maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müdətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-nin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırda inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Qeyd olunanları, İXM-in 53.1.6-cı, 105.1-ci, 106-cı, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4033/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4033/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver