Məhkəmə qərarları › İş №3(005)-4044/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-4044/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-4044/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Mersedes Benz S320” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron çıxarışdan görünür ki, Xəlilov X1 Muxtar Respublikası, Naxçıvan şəhəri, Məhəllə 20a, Döngə 5, ev 7a ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İXM-nin 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında qərardad çıxarılır. İXM-nin 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə ilə İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar