Məhkəmə qərarları › İş №3(005)-4045/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4045/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4045/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin polis sahə inspektoru X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, X1 iştirakları ilə, xx.xx.1989-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 26 dekabr 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Rövşən Bayramovun 09 noyabr 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 26 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vət. Nərimanov rayonu, Təbriz küçəsi 17-də xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində X3 məxsus pul küçəsindən 250 AZN pulu götürmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin polis sahə inspektoru X8 bildirdi ki, daxil olmuş məlumat əsasında material toplanmış və protokol tərtib olunmuşdur. Müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxs X6 xx.xx.2022-ci il tarixdə avtomobili ilə hərəkət edərkən özünə məxsus pul qabını avtomobilinin pəncərəsindən yerə atmış və hərəkətini davam etdirmişdir. Bu hal ərazi üzrə müşahidə kamerasına baxış zamanı müəyyən edilmişdir. Həmçinin kamera görüntülərinə baxış zamanı Şəxs tərəfindən pul qabı tapıldıqdan sonra onun içərisindən hər hansı bir məbləğin götürülməsi müşahidə olunmur. Lakin zərərçəkən bildirir ki, pul kisəsində 250 manatı olmuşdur və oğurlanmışdır. Zərərçəkmiş şəxs X6 ərizə verərək bildirmişdir ki, pul qabını təxminən 4-5 radələrində itirmişdir. Pul qabının içində 250 manat, kartlarda isə 50-60 manat pul olmuşdur. Maşında olan zaman ola bilsin fikirli olub və pul kisəsini avtomobilinin pəncərəsindən yerə atmışdır. Barəsində protokol tərtib edilmiş şəxsdən şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində özünə məxsus "Mitsubishi" markalı, 99-LM- 969 dövlət qeydiyyat nişanlı avtomobili ilə Nərimanov rayonu, Təbriz küçəsi ilə hərəkətdə olan zaman, yolun üzərində açıq şəkildə pul kisəsi olduğunu görüb, avtomobili saxlayaraq, həmin pul kisəsini götürmüşdür. Həmin vaxt ətrafda olan şəxs ona qəbzlər və bir neçə manatlıq pul əskinası verib, pul kisəsinin içindən dağıldığını bildirdilər. O, pul kisəsini toplayıb, yaxınlıqda yerləşən mağazada işləyən şəxsə vermiş və vaxtının olmadığını, pul kisəsinin sahibini tapıb qaytarmasını xahiş etmişdir. Həmin şəxs də kisəni onun yanında açmış və içindəki əşyalara birlikdə baxmışlar. Bununla yanaşı əlaqə nömrəsi verərək hər hansı bir poblem olarsa onunla əlaqə saxlamasını xahiş etmişdir. O, kisədən bir manat olsun götürməyib. Göstərilənlərə əsasən iş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X9 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində işlədiyi ünvan 2 ünvanında olarkən, 1 nəfər şəxs yerdən səndlər toplayaraq ona yaxınlaşıb, həmin sənədlər olan pul kisəsinin kimə məxsus olduğunu bilmədiyini və sənədləri qeyd olunan ünvanda avtomobil yolunda topladıqlarını demişdir. Həmin şəxslər pul kisəsini saxlamağı ondan xahiş etmiş və sahibini axtaracagını demişdir. O, həmin şəxsin yanında pul kisəsinin içərisinə baxmış və həmin vaxt pul kisəsində 3 ədəd "xxxx" ASC-yə, 1 ədəd "xxxx" ASC-yə aid bank kartları və 9 manat pul olduğunu görmüşdür. O, həmin vaxt "xxxx" ASC-nin qaynar xətti ilə əlaqə saxlayıb, kartları tapdığını və kart sahibini məlumatlandırıb, onunla əlaqə saxlamasını demişdir. Sonradan onun mobil telefonun kart sahibi zəng etmiş və o həmin şəxsə olduğu yeri bildirmişdir. Təxminən 30 dəqiqə sonra həmin şəxslə olduğu yerdə görüşmüş və pul kisəsini təhvil verib, hadisənin neçə olduğunu danışmışdır. Həmin şəxs pul kisəsinə baxdıqdan sonra, pul kisəsində 250 manat pulun olmadığını bildirmişdir. O, həmin şəxsə pul kisəsi ona hansı formada verilibsə həmin formada təhvil verdiyini demişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti məlumat üçün Nərimanov Rayon prokuroruna və maraqlı tərəflərə göndərilmişdir; Belə ki, İXM-in 8-ci maddəsinə əsasən (Təqsirsizlik prezumpsiyası prinsipi) inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin törədilməsi müəyyən edilməlidir. İXM-in 227-ci maddəsində xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq inzibati xəta kimi nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Göründüyü kimi hazırki iş üzrə inzibati hadisəsinin törədilməsi məsələsi düzgün araşdırılmamış, Şəxs barəsində icraat İXM-in prinsiplərinin tələbləri pozulmaqla aparılmış, onun təqsirli olması və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol formal mülahizələrə əsaslanmışdır. Sadalananları, həmçinin İXM-in 53, 84-cü maddələrini rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə sübutlar inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün kifayət etmədiyindən Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş MN ******* nömrəli 26 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin vəkil X10 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil X7 məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* nömrəli 26 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X10 tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar