Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4050/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X5, İnzibati xəta haqqında protokol tərtib edən şəxs – Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun qanuni nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 20 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu, Ə.Hüseynov küçəsində ictimai yerdə xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 məhkəmə iclasında protokola uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan X8 DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə və ərizə ilə 18-ci PŞnə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 10:20 radələrində yaşadığı Nərimanov rayonu, B.Dadaşov küçəsi 25 saylı evin qarşısında saxladığı, özünə məxsus «X19» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön qeydiyyat nişanının naməlum şəxs tərəfindən oğurlandığını və avtomobilin alın şüşəsinə +995 571 71-18-66 saylı nömrə yazılmış kağız yapışdırıldığını akşar etmişdir. X4 müraciət xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin «Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında» HK-1/3951 sıra sayı ilə qeydə alınaraq, araşdırmanın aparılması ona həvalə edilmiş və araşdırma aparılmışdır. Material üzrə izahatı alınmış vət. X8 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində idarə etdiyi «X19» markalı, 99- LU-119 dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvana getmişdir. Həmin gün səhhətində yaranmış narahatlıq səbəbindən evdən çıxmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 10:20 radələrində evdən çıxıb, şəxsi işləri ilə əlaqədar getmək üçün avtomobilinə yaxınlaşanda, avtomobilin alın şüşəsinə +995 57171-18-66 saylı nömrə yazılmış kağız yapışdırıldığını görüb, avtomobilinin ətrafına baxmış və həmin vaxt avtomobilin ön qeydiyyat nişanının yerində olmadığını aşkar etmişdir. Bundan sonra ətrafda yaşayıan sakinlərdən hadisə ilə bağlı maraqlanmış və sakinlər qeydiyyat nişanının səhər saatlarından avtomobilin üzərində olmadığını demişlər. Belə olan halda o, hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Araşdırma zamanı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilərək, protokol tərtib olunmuş və fotoşəkilləri çəkilərək protokolla birlikdə materiala əlavə edilmişdir. Təhqiqat araşdırması zamanı əməli törətmiş şəxsin şəxsiyyətinin və yerinin müəyyən edilərək, təhqiqata təmin edilməsi üçün tərəfindən raport tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 02:30 radələrində raportun icrası ilə əlaqədar 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axatarış tədbirləri keçirilərəkən, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində, gecə saatlarında xidmət göstərən avtomobil təmiri sexinin qarşısında vətəndaşlarla sorğu aparmağa müdxailə edib, polisin işnə maneçilik yaradıb, ünvansız söyüşlər söyən 4 nəfər şəxs saxlanılaraq 18-ci PŞ-nə gətirilib, raportla şöbənin növbətçi hissəsinə təhvil verilmişdir. Şöbədə həmin şəxslərin X9, X11, X10 və X2 olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 03:15 radələrində həmin raportun icrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 63 saylımevin qarşısında 4 nəfər şəxsin özlərini şübəhəli apardığı üçün onlara yaxınlaşıb, özlərini təqdim etdikdə, həmin şəxslər polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq qaçmaq istəmişlər. Polis əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti şöbəyə təhvil verilmişdir. Həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, şəxsiyyəti müəyyənləşdirilərək barəsində AR İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 19 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və yetkinlik yaşına çatmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər halları nəzərə alıb, iş üzrə sübutlar qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-4050/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4050/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver