Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-406/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsindən Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material xx xxxxxx 2021-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində Nərimanov rayonu, M.Nağıyev küçəsində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Məhkəmənin icraatına həmin tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində Nərimanov rayonu, M.Nağıyev küçəsində polis idarəsinin inzibati binasında ünvansız söyüşlər söymüş, bununla da İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətalarla bağlı ayrı-ayrı inzibati materiallar xx xxxxxx 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin polis sahə inspektoru X2 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları məruzə edərək xx.xx.2021-ci il tarixdə, saat 16:00-da Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki Nərimanov adına istirahət parkında xidmətdə olan zaman bir neçə şəxsin mübahisə etdiklərini görüb yaxınlaşdıqda, həmin şəxslərdən birinin əlində olan kiçik cib bıçağı ilə digər şəxsin üzərinə getdiyini, həmin əlində bıçaq olan şəxsə yaxınlaşan zaman isə həmin şəxsin qaçmağa başladığını, lakin dərhal həmin şəxsi saxlasalar da, sonuncu əlində olan bıçağı naməlum istiqamətdə atdığını bildirdiyini, hadisə yerinə çağırılmış əlavə polis əməkdaşlarının köməkliyi ilə polis əməkdaşlarına müqavimət göstərən şəxsi və digər iki nəfər şəxsi saxlayaraq 18-ci PŞ-nə dəvət etdiklərini bildirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, polis əməkdaşlarına bıçaqla müqavimət göstərməklə xuliqanlıq edən şəxs xx.xx.1973-cü il təvəllüdlü Şəxsdur. Şəxs Polis Şöbəsinin inzibati binasının daxilində və həyətyanı ərazisində rabitəsiz nitqi, qeyrietik davranışları ilə sərxoş olması təəssüratı yaratmış və əməkdaşlar tərəfindən onun sakitləşdirilməsi istiqamətində izahedici söhbətlər aparılmışdır. Lakin buna baxmayaraq Kamal Məmmmədov aqressiv davranışlar nümayiş etdirib şöbəyə gətirilməsinə etiraz əlaməti olaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, eyni zamanda ətrafdakılara hücum etməyə cəhd göstərmiş, şöbənin giriş hissəsində asılmış lövhələri vuraraq sındırmış, başını divara vuraraq alnının sağ qaşının üst hissəsinə yüngül çapıq xəsarəti yetirmiş və nəticədə şöbənin normal iş fəaliyyətini pozmuşdur. Şöbəyə gətirildikdən sonra Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə o, Nərimanov rayonu ərazisindəki kafelərin birində dostu ilə birlikdə spirtli içki qəbul etmişdir. Daha sonra Nərimanov parkının yanından keçib “Montin” qəsəbəsinə gedən zaman parkın qarşısında olarkən bir nəfər cavan xanım ona baxıb gülümsəmişdir. O, xanıma yaxınlaşıb tanışlıq təklif etmiş, lakin xanım onunla danışmaq istəməmişdir. Saat 16 radələrində o, xanıma bir daha söz demək istəmiş, lakin qadın ondan uzaqlaşıb orada popkorn satan oğlana yaxınlaşmışdır. Oğlan da ona yaxınlaşıb qızdan əl çəkməsini demişdir. Ətrafa bir neçə nəfər şəxs yaxınlaşmış, həmin şəxslər onun üzərinə gəlmişlər. O, həmin şəxslərin onu vurmasından ehtiyat edib çiyin çantasında olan kiçik ölçülü bıçağı çıxardaraq onları qorxutmaq istəmişdir. Bu zaman yaxınlıqda olan polis əməkdaşları ona yaxınlaşmışlar. O, polis əməkdaşlarının onu tutmaq istədiyini görüb əlində bıçaq qaçmaq istəmişdir. Bir qədər qaçmış, əlində olan bıçağı parkda otluq əraziyə atmışdır. Daha sonra polis əməkdaşları onu saxlayaraq 18-ci PŞ-nə gətirmişlər. Şöbədə olarkən polis əməkdaşlarının onu polis şöbəsinə gətirməsinə əsəbiləşmiş və başını şöbənin girişində divardan asılmış lövhəyə vurmuşdur. Onun üzərində gəzdirdiyi bıçaq kiçik ölçülü olmuş, həmin bıçağı təyziqi olduğu üçün limon kəsmək üçün isitifadə etmiş və bu səbəbdən üzərində gəzdirmişdir. Həmin bıçaqla heç kimə xəsarət yetirmək fikri olmamış, hadisə zamanı isə həmin bıçağı Nərimanov parkında otluq hissəyə atmışdır. Sərxoş olduğundan şöbədə özünü aqressiv aparmışdır. Etdiyi əməldən peşmandır, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı metropolitenində Polis şöbəsinin polis nəfəri X5 izahatında göstərdi ki, hazırda Nərimanov RPİ-nin PPXB-nə ezam olunmuşdur. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində serjant Oruc Bünyatov və X8 parkının ətrafında xidmət apararkən bir neçə şəxsin parkın içərisində toplaşdığını görüb ora yaxınlaşmışlar. Bu zaman bir vətəndaşın digər bir oğlanın üzərinə əlində tutduğu kiçik ölçülü cib bıçağı ilə getdiyini görüb həmin şəxsə tərəf yaxınlaşmış, lakin həmin şəxs qaçaraq oradan uzaqlaşmaq istəmişdir. Onlar həmin şəxsi saxlayıb əlində olan bıçağı təqdim etməsini istəyəndə, o, bıçağı tulladığını və üzərində olmadığını bildirmişdir. Onlar efir vasitəsilə avtopatrul çağırmış, az sonra polis əməkdaşları onlara yaxınlaşmışdır. Sonra da həmin şəxsi və digər iki nəfər şəxsi polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs şərxoş vəziyyətdə olduğundan onlara müqavimət göstərib polis şöbəsinə getmək istəmədiyini bildirmişdir. Onlar isə şəxsi avto patrul maşınına otuzdurub mübahisə etdiyi qızı və oğlanı da polis şöbəsinə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, əlində cib bıçağı ilə mübahisə edən və onlara müqavimət göstərən şəxs xx.xx.1973-cü il təvəllüdlü Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon X14-patrul xidməti bölüyünün polis nəfəri X9 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 16:00 radələrində Nərimanov parkında xidmət apararkən bir neçə şəxsin mübahisə etdiklərini görüb xidmət etdiyi əməkdaşlarla birlikdə həmin şəxslərə yaxınlaşmışlar. Onlardan birinin əlində kiçik ölçülü cib bıçağı ilə digər şəxsin üzərinə getdiyini görüb ona yaxınlaşmış, lakin sonuncu qaçmağa cənd etmişdir. Həmin şəxsi saxladıqda aydın olmuşdur ki, o, əlindəki bıçağı naməlum istiqamətə tullamışdır. Atvopatrul köməyə çağırıb həmin şəxsi digər iki nəfər şəxslə birlikdə xidməti avtomobilə otuzdurub polis şöbəsinə gətirmişlər. Onlara müqavimət göstərən şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Baş vermiş hadisə barədə raportla müraciət edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon X14-patrul xidməti bölüyünün polis nəfəri X10 iş üzrə digər şahid X3 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin məsul növbətçisi Zabil Məmmədovun şöbənin rəhbərliyinə ünvanladığı xx xxxxxx 2021-ci il tarixli raportundan görünür ki, xx.xx.2021-ci il tarixdə xidmətdə olduğu zaman Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri Şəxs Nərimanov istirahət parkında digər şəxsə qarşı bıçaqla hədə-qorxu gəlməsi faktını aşkarlayaraq o, Polis Şöbəsinə gətirilib Növbətçi Hissəyə təhvil verilmişdir. Şəxs Polis Şöbəsinin inzibati binasının daxilində və həyətyanı ərazisində rabitəsiz nitqi, qeyri-etik davranışları ilə sərxoş olması təəssüratı yaratmış və əməkdaşlar tərəfindən onun sakitləşdirilməsi istiqamətində izahedici söhbətlər aparılmışdır. Lakin buna baxmayaraq Kamal Məmmmədov aqressiv davranışlar nümayiş etdirib şöbəyə gətirilməsinə etiraz əlaməti olaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, eyni zamanda ətrafdakılara hücum etməyə cəhd göstərmiş, şöbənin giriş hissəsində asılmış lövhələri vuraraq sındırmış, başını divara vuraraq alnının sağ qaşının üst hissəsinə yüngül çapıq xəsarəti yetirmiş və nəticədə şöbənin normal iş fəaliyyətini pozmuşdur. Şəxs bu cür davranışlarının və daha ağır nəticələrin baş verməsinin qarşısı xidmətdə olan əməkdaşlar tərəfindən alınaraq davranışları üzərində nəzarət təmin edilməklə ona tibbi yardım göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq faktla bağlı qanuna müvafiq tədbir görülməsinə dair aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur; Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin rəisi Bayram Alıyevin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, vətəndaş Şəxs xx.xx.2021-ci il tarixdə, saat 16:00 radələrində Nərimanov rayonu, Təbriz Küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmişdir. 18ci PŞ-də olan zaman ünvansız nalayiq söyüşlər söymüş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Araşdırma zamanı vətəndaş Şəxs sərxoş olduğu müəyyən olunmuşdur. Vətəndaş Şəxs sərxoşluq dərəcəsini təyin etmək məqsədilə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə tibbi müayinəyə aparılmışdır. Vətəndaş Şəxs tibbi müayinədən keçərkən “Orta” dərəcəli sərxoş olduğu barədə rəy verilmişdir. Vətəndaş Şəxs xx.xx.2021-ci il tarixdə saat 09:00-da “Orta” sərxoşluq dərəcəsindən ayılmışdır; “İnzibati qaydada tutma haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdən saat 18:35-dən inzibati qaydada tutulmuşdur; Araşdırma zamanı X11 izahatında bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən “Nərimanov” parkında popkorn satmaqla məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində popkorn satışı ilə məşğul olarkən tanımadığı bir cavan qız ona yaxınlaşaraq bir kişinin ona sataşdığını bildirmişdir. O da bir vətəndaş kimi həmin qıza kömək etmək məqsədilə həmin kişiyə yaxınlaşaraq nəyə görə qıza sataşdığını soruşanda, sonuncu dediklərinə məhəl qoymayaraq üzərində olan əl çantasının içərisindən kiçik ölçülü cib bıçağı çıxardaraq ona tərəf gəlmişdir. Bu zaman ətrafdan keçən polis işçiləri onlara yaxınlaşanda həmin şəxs qaçmağa başlamış və sərxoş halda olduğundan üzü üstə yerə yıxılmışdır. Polis əməkdaşları həmin şəxsin əlindən bıçağı almışlar və onların hər üçünü polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs ona heç bir zor tədbiq etməmiş, sadəcə əlində olan cib bıçağı ilə üzərinə tərəf hərəkət etmişdir; Araşdırma zamanı X6 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən “Nərimanov” parkının yaxınlığında olarkən tanımadığı, təxminən 45-50 yaşlarında bir kişi ona yaxınlaşaraq söz atmışdır. Ona qızının yaşında olduğunu və utanmalı olduğunu bildirmişdir. Belə olanda o, yenə sataşanda yaxınlıqda popkorn satan bir oğlana yaxınlaşıb ondan kömək istəmişdir. Həmin oğlan ona sataşan kişiyə yaxınlaşanda o, üzərində olan əl çantasından kiçik ölçülü cib bıçağı çıxardaraq həmin oğlanın üzərinə gedəndə bu zaman onları görən polis işçiləri yaxınlaşaraq bıçağı onun əlindən almış və onları 18-ci polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində həmin şəxsin sərxoş halda olduğunu biləndən sonra onun barəsində şikayət etməməyə qərar vermişdir. Belə olan halda ərizə yazaraq bu barədə heç bir şikayətinin və tələbinin olmadığını qeyd edib aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Bir daha qeyd edir ki, həmin şəxs ona heç bir zor tədbiq etmədiyindən onun barəsində heç bir şikayəti yoxdur; xx xxxxxx 2021-ci il tarixli, 2/1400 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs həmin tarixdə orta dərəcəli sərxoş olmuşdur; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən toplanmış material üzrə cinayət təqibi olmadığından fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özünün etirafından başqa, inzibati xəta haqqında protokollar, şahid izahatları, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx xxxxxx 2021-ci tarixdə ictimai yerdə, Nərimanov parkında və polis idarəsinin inzibati binasında ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokollar və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaları sərxoş halda törətməsini İXM-in 33-cü maddəsinə əsasən əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXMin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, göstərilən tənbeh tədbirinin əvvəli isə İXM-nin 89.5-ci maddəsinin tələblərinə əsasən xx xxxxxx 2021-ci il tarixdən saat 09:00-dan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 4 (dörd) iş saatı üçün cəmi 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il saat 09:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatı üçün cəmi 24 (iyirmi dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-406/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-406/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver