Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4062/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6, Zərərçəkmiş şəxsin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 23 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2504/2023 nömrəli və 2(005)-2893/2022 nömrəli icra sənədləri üzrə borclu Şəxs borcunu ödəməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X10 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2893/2022-008 nömrəli, xx.xx.2022-ci ıl tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2022-ci il tarixdən etibarən hesablanaraq, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər aya görə 193 (bir yüz doxsan uç) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İş üzrə ödənilməmiş 43,16 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs tutularaq dövlət gəlirlərinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2504/2023 nömrəli, xx.xx.2023-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cu il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınıb xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması uçun tələbkar X4 xeyrinə ödənilməlidir. Məlum icra sənədləri müxtəlif tarixlərdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə məhkəməyə göndərilmişdir. “Elektron İcra” İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən borclunun mülkiyyətində tələbin yönələ biləcəyi daşınar-daşınmaz əmlak aşkar edilməmiş, lakin borclunun yeni iş yerlərinin olduğu müəyyən edilmişdir. Bu səbəbdən də icra sənədinin təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə tələb borclunun digər əmək haqlarına yönəlmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq borclunun əmək haqqından tələbkara heç bir vəsait ödənilməmişdir. Borclu barəsində xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə barədə qərar qəbul edilərək məlumat üçün borcluya və Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. İcra sənədi üzrə tələbkar xx.xx.2024-cü il tarixdə ərizə ilə şöbəyə müraciət edərək borclunun həmin tarixə aliment borcunun 1445 manat təşkil etdiyini bildirmişdir. Borclu xx.xx.2024-cu il tarixdə şöbəyə gəlmiş, izahatı alınmış, izahatında maddi vəziyyətinin aşağı olduğunu, bu səbəbdən aliment ödənişini ödəyə bilmədiyini, aliment borcundan həmin tarixədək təqribən 2000 manata qədər ödədiyini bildirmiş və aliment borcundan 1000 manat məbləğində pul vəsaitini xx.xx.2024-cü il tarixədək ödəyəcəyini söz vermişdir. İş üzrə borclu izahatında göstərdiyi tarixədək aliment borcunu ödəməkdən yayınmış və şöbəyə dəfələrlə çağırılmasına baxmayaraq icra şöbəsinə gəlməmişdir. İcra sənədi üzrə borclunun şöbəyə məcburi gətirilməsi barədə tərəflərindən təqdimatla xx.xx.2024-cü il tarixdə Nərimanov rayon Məhkəməsinə müraciət edilmiş, Nərimanov rayon Məhkəməsinin 8(005)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən borclunun məcburi gətirilməsi barədə icra məmurunun təqdimatı təmin edilmiş və həmin qərardad icra edilməsi üçün tərəfimizdən xx.xx.2024-cü il tarixdə Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Şəxs icra sənədində göstərilən ünvan 1anov rayonu, M.Arif küçəsi, ev 27 mənzil ünvanına baxış keçirilmiş, borclunun həmin ünvanda olmadığı müəyyən edilmiş və buna dair tərəfimizdən xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. İş üzrə borclu barəsində tərəfimizdən xx.xx.2024-cu il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi uçun Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Əlavə olaraq bildiririk ki, icra sənədi üzrə borclu Şəxs əmək haqqı aldığı qurumda özü direktor olduğundan əmək haqqının miqdarında azalmalar etmişdir. Bununla da borclu Şəxs icra sənədlərinin icrasını təmin etməmiş icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibatı xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, onun şirkəti müflis olmuşdur. Bu səbəbdən də işçilərinin əmək haqqını verə bilməsi üçün öz əmək haqqının miqdarını azaltmışdır. Kifayət qədər də ödənişlər etmişdir. Əlindən gəldiyi qədər alimentini ödəməyə çalışır. Hazırda onun aliment borcu yoxdur. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, Şəxs məqsədli şəkildə öz əmək haqqısını rəsmi portalda az göstərmişdir ki, ödəyəcəyi alimentin miqdarı azalsın. Onun qızı xəstədir. Maddi cəhətən bu səbəbdən uşaqlara baxa bilmir. Hazırda uşaqlara o, özü baxır. Qəzənfər heç bir yardım etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2893/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2022-ci il tarixdən etibarən hesablanaraq, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər aya görə 193 (bir yüz doxsan uç) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İş üzrə ödənilməmiş 43,16 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs tutularaq dövlət gəlirlərinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2023-cu il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınıb xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması uçun tələbkar X4 xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2893/2022-008 nömrəli, xx.xx.2022ci il tarixli icra vərəqi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Şəxs müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə 500, 250, 200, 200, 200, 300, 200, 200, 200, 100 və 100 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs icra sənədini icra etməkdən boyun qaçırması qərəzli hərəkətlərlə nümayiş etdirilməmişdir. Bununla da Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan xəta tərkibinin bütün əlamətlərinin olması, habelə icra sənədini icra etməkdən qərəzli olaraq yayınma hərəkətləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-4062/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4062/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver