Məhkəmə qərarları › İş №3(005)-4068/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4068/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4068/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədova Aytac İmamhüseyn qızının katibliyi İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli qərardan verdiyi şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: X7 onun barəsində olan İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli qərarından şikayət verərək, haqqında qanuna zidd tərtib olunmuş protokola əsasən verilmiş qərarın əsassız hesab edilməsi, inzibati xəta halı olmadığı üçün şikayətinin tam təmin edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə adını xatırlamadığı Bakı şəhəri DYPİ Yol patrul xidmətinin inspektoru tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 327.1-ci (yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətaya əsasən həmin tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Hadisə ilə bağlı xx.xx.2024-cü il tarixdə günorta radələrində C.Hacıbəyli küçəsində etibarnamə əsasında idarə etdiyi Honda Accord minik markalı, "**-VE-***" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən DYPİ Yol patrul xidməti əməkdaşı onun idarə etdiyi avtomobili saxla göstərişi verdi. O da göstərişi icra edib avtomobili sağa çəkərək saxladı. Polis əməkdaşı avtomobilə yaxınlaşıb özünü təqdim edərək avtomobili idarə edərkən yol hərəkət hissəsinin işarələrinin tələblərini pozduğunu və bu səbəbdən saxlanıldığını bildirdi. O polis əməkdaşını dinlədikdən sonra ona etirazını bildirərək, avtomobili idarə edərkən heç bir yol hərəkət hissəsinin tələblərini pozmadığını bildirdi. Polis ona yalan danışdığını bildirdi və o yenidən etiraz edərək ondan görüntü göstərməsini istədi. İnspektor ona görüntünün olduğunu və yaxınlaşıb baxa biləcəyini qeyd etdi. O xidməti avtomobilə yaxınlaşaraq görüntüyə baxmaq istədikdə polis inspektoru avtomobilin qarşısına qoyduğu markası bəlli olmayan bir planşeti açaraq video görüntünü göstərdi. O, video görüntüyə baxmadan əvvəl ilk olaraq ona bunun düzgün olmadığını, şəxsi planşetlə çəkiliş aparmamalı olduğunu dedi və video görüntünü izlədi. Video görüntüyə baxaraq ona da heç bir qayda pozmadığını və görüntüdə belə bir halın görsənmədiyini bildirdi. Lakin Yol patrul xidmətinin əməkdaşı onun yolun hərəkət hissəsinin işarəsinin tələbinə riayət etmədiyini şəxsən gördüyünü buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimələnəcəyini dedi. O yol patrul xidməti inspektoruna yenidən etirazını bildirərək, əgər qeyd etdiyi pozuntunu etmişəmsə ona dəqiq video görüntü və ya bu hərəkətini sübut edəcək foto şəkil və ya video görüntü göstərməsini tələb etdi. Lakin yol patrul xidməti inspektoru ona qayda pozuntusunu sübut edəcək video görüntünü və foto şəkli göstərmədi, yalnız markasını bilmədiyi və şəxsi istifadəsində olan planşetlə çəkilmiş natamam və heç bir pozuntunu özündə əks elətdirməyən videonu göstərərək onun özünün şəxsən gördüyünü və bununda kifayət etdiyini bildirdi. O son olaraq yol patrul xidməti inspektoruna sonuncu etirazını bildirdi və tərtib edəcəyi protokolun video görüntsünü elektron kabinetə yerləşdirməsini və onun ondan şikayət edəcəyini polis əməkdaşına bildir. Baş vermiş hadisə ilə bağlı tərəfimdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəminə adiyyatı üzrə müraciət edilmiş və Nərimanov Rayon məhkəməsinin Hakimi Hafiz Kamranovun № 3(005)-2541/2024, xx.xx.2024-cü il tarixli Qərarı əsasında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş X13 İdarəsinə göndərilmişdir. Lakin Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş X13 İdarəsi tərəfindən heç bir araşdırma aparılmamış və dəfələrlə DİN-nin "102" zəng mərkəzinə və DİN-nin E-MÜRACİƏT sistemi ilə etdiyim şikayətlər əsasında mənə cavab məktubu göndərilmişdir. Belə ki, DİN-nin e-müraciət sistemi vasitəsi ilə etdiyim şikayətlərdə qeyd etdiyim (mailto:anarmahmudov3@icloud.comElektron ünvan 1) elektron poçt adresinə "Elektron ünvan 2" elektron poçt adresindən xx.xx.2024-cü il tarixində cavab məktubu qeyd edilmişdir. Qeyd olunan məktuba diqqət yetirən zaman məktubun xx.xx.2024-cü il tarixli, M-88523 nömrəli məktub olduğu və məzmununda isə artıq məhkəmə qərarı üzrə ona məlum olmayan tərzdə araşdırma aparılaraq yekun qərar qəbul etdikləri bildi. Dəfələrlə 102 çağrı mərkəzinə və Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş X13 İdarəsinə zəng edərək və rəsmi elektron poçt ünvanından müraciət edərək qəbul edilmiş qərarın ona təqdim olunmasını və ASANPAY elektron kabinetinə yerləşdirilməsini tələb etdi. Lakin müraciətlərinə baxmayaraq heç bir nəticə əldə edə bilmədi. Sonda məcburiyyət qarşısında qalaraq xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş X13 İdarəsinə gedərək özüm Polis X1 aldı. Qərarla tanış olan zaman qərarın xx.xx.2024-cü ildə qəbul edildiyini gördüm və nəyə görə bu qərarın ona təqdim olunmadığını soruşdu. Lakin suallarına baxmayaraq heç bir cavab ala bilmədi və məktubun göndərildiyini bunun kifayət etdiyini bildirdi. Daha sonra qərar qəbul edilərkən hansı araşdırmanın aparıldığını nəyə görə dəvət olunmadığını, qərarı qəbul edərkən müəyyən olunmuş halların hansı formada və necə müəyyən olunduğunu soruşdu. Lakin bu suallarada cavab verilmədi. Qeyd olunan əsaslarla hesab edir ki, İXP ******* saylı protokolun ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində qərar qəbul edilən şəxs X7 inzibati qərarın qanunsuz olduğunu, əvvəl bir dəfə məhkəmə tərəfindən qərar ləğv edilərək araşdırma üçün X14 İdarəsinə göndərilsə də yenidən onu dəvət etmədən eyni məzmunlu qərar qəbul edildiyini bildirmişdir. Barəsində tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ-nın Yol Patrul Xidməti xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 100 manat miqdarında cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)- 2541/2024 saylı qərarından aydın olur ki, X6 tərtib edilmiş İXP6466969 saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək yenidən hərtərəfli və obyektiv araşdırma aparılması üçün X14 İdarəsinə göndərilmişdir. Beləliklə iş üzrə müəyyən edilir ki, tənbeh qərarı qəbul edilən anda şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X9 inzibati xətanın mövcudluğu ilə razılaşmamaqla yanaşı hər hansı qayda pozuntusuna yol vermədiyini bildirməsinə baxmayaraq onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Halbuki inzibati qanunvericiliyin tələblərinə əsasən yol polis əməkdaşı protokola baxılmasının vaxtı və yeri barəsində məlumat verməli və X4 iştirakı ilə araşdırma aparıb qərar qəbul etməli idi. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-2541/2024 saylı qərarı ilə X6 tərtib edilmiş İXP6466969 saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək yenidən hərtərəfli və obyektiv araşdırma aparılması üçün X14 İdarəsinə göndərilsə də yenidən heç bir araşdırma aparılmadan, şəxs dəvət edilmədən, video görüntü təqdim olunmadan eyni məzmunlu qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s) istintaq etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-2541/2024 saylı qərarı ilə X6 tərtib edilmiş İXP6466969 saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək araşdırılması üçün vəzifəli şəxsə qaytarılsa da, həmin qərarda qeyd olunan hallar müvafiq inzibati orqan tərəfindən araşdırılmamış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddəsində nəzərdə tutulmuş hansı inzibati pozuntunun törədildiyi qeyd olunmamış, sübutlar şəxsə təqdim olunmamış və konkret məlumat verilməmişdir. Nəticədə yenidən xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərarda da hər hansı sübuta istinad edilmədən yenidən formal olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər DYPİ Yol Patrul Xidməti tərəfindən qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar