Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4077/2022 30.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X13, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X19 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2817/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3722/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2892/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqələri ilə bağlı borclu X10 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, borclu Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2817/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3722/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2892/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqələri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X22 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 izahatında göstərdi ki, o mütəmadi olaraq ödənişlər etmişdir, borcunu etiraf edir və onun icrasından yayınmır. Lakin hazırda maddi vəziyyəti borcunu tam şəkildə ödəməyə kifayət etmir. Yalnız hissə-hissə hər ay ödənişlər edə bilir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X9 izahatında göstərdi ki, hazırki vəziyyətdə borcun ödənilməməsi ona xeyli çətinlik törədir. Odur ki, borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2817/2021 saylı, xx.xx.2021-ci il tarixli, icra vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü Ekici X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 hər ay 100 manat məbləğində əlavə xərc iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu X8 icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2817/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3722/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X7 02 iyul 2018-ci il tarixdən başlayaraq. xx.xx.2014-cü il təvəllüdlü Ekici X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün har ay sabit pul məbləğində - 154 manat alimentin iddiaçı X3 xeyrinə tutulması cavabdeh X7 30 (otuz) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu X8 icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3722/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2892/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3722/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X24 Efkan Nurinin (yetkinlik yaşma çatanadək saxlanılması üçün X23 Muharremdən hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin tutularaq X5 verilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması, ödənilməmiş dövlət rüsumu olaraq 43,16 (qırx üç manat on altı qəpik) manat məbləğində pul vəsaitinin X23 Muharremdən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu X8 icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2892/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. X9 qərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X10 tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3722/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2817/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 200 manat məbləğində pulu icra məmuru vasitəsilə qəbul etmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, icra sənədlərinin icrası ilə əlaqədar olaraq X2 hesabına icra 300, 00 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, icra sənədlərinin icrası ilə əlaqədar olaraq X2 hesabına icra 200, 00 manat məbləğində pul vəsaiti köçürülmüşdür. “eMANAT” ödəniş sisteminə məxsus 78438 nömrəli qəbzdən görünür ki, icra sənədlərinin icrası ilə əlaqədar olaraq X2 hesabına icra 300, 00 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-yə məxsus milli elektron ödəmə sisteminə məxsus qəbzdən görünür ki, icra sənədlərinin icrası ilə əlaqədar olaraq X2 hesabına icra 300, 00 manat məbləğində pul vəsaiti köçürülmüşdür. “eMANAT” ödəniş sisteminə məxsus 169 nömrəli qəbzdən görünür ki, icra sənədlərinin icrası ilə əlaqədar olaraq X2 hesabına icra 300, 00 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-yə məxsus milli elektron ödəmə sisteminə məxsus qəbzdən görünür ki, icra sənədlərinin icrası ilə əlaqədar olaraq X2 hesabına icra 300, 00 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-yə məxsus milli elektron ödəmə sisteminə məxsus qəbzdən görünür ki, icra sənədlərinin icrası ilə əlaqədar olaraq X2 hesabına icra 350, 00 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.”. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu X10 icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu X6 hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu X6 hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3274/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı X10 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-4077/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4077/2022
30.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver