Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-411/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, "xxxx" ASC-nin direktoru Elşad Bağırov tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" ASC-nin direktoru Elşad Bağırov şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin mülkiyyətindəki “Nissan Tiida” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan inzibati cərimələrin və hesablanmış dəbbə pullarının avtomobilin istifadəçisi olmuş X1 adına dəyişdirilməsi, tətbiq edilmiş inzibati cərimələrin və hesablanmış dəbbə pullarının Anar Əhmədovdan tələb edilməsinin təmin edilməsi, eləcə də sözügedən avtomobilin üzərində olan inzibati cərimələr və hesablanmış dəbbə pulları silinməklə, avtomobilin üzərinə məhdudiyyətin qoyulması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə inzibati xəta materialı araşdırıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən müxtəlif tarixlərdə qəbul edilmiş bir neçə inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi prosedurunun, hər bir qərara münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını qeyd edərək hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Bundan başqa "xxxx" ASC-nin direktoru Elşad Bağırov tərtib edilmiş hər bir inzibati xəta haqqında qərarı əldə edib həmin qərarı mübahisələndirməli olduğu halda, həmin qərarı əldə etməyərək iş materiallarına əlavə etməmişdir. Həmçinin şikayətdə bir neçə qərar olduğunu göstərsə də hansı qərarlar olması, həmin qərarların kimin barəsində qəbul edilməsi və inzibati xətanın hansı ərazidə törədilməsi qeyri müəyyən olmuşdur. Sadalanan hallar həmin qərarların mövcudluğunu şübhə altına almaqla yanaşı, həmçinin şikayətin məhkəmə aidiyyətinin müəyyən edilməsini də qeyri-mümkün edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" ASC-nin direktoru Elşad Bağırov oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-411/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-411/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver