Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4154/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(005)-5541/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş materialları baxılması üçün aidiyyatı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC 14 iyun 2023-cü il tarixdə (VÖİN: **********) "xxxx" MMC-nin nəzdində yaradılaraq həmin tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı isə AZ1102, Bakı şəhəri, Nəismi rayonu, M.Cəfərov küçəsi, ev 16, mənzil 68 olmuşdur. Şəxs MMC-nin əsas fəaliyyət istiqaməti Bakı şəhəri və paytaxt ətrafında müntəzəm yerüstü sərnişindaşınmadan ibarətdir. 18 yanvar 2024-cü il tarixdə Şəxs MMC Nizamnaməyə edilmiş dəyişiklik əsasında "xxxx" MMC-dən ayrılaraq müstəqil fəaliyyət göstərməyə başlamış, hüquqi ünvanı isə AZ 1069, ünvan 2əhəri Nəsimi rayon polis idarəsinin DYPŞ-si tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında 21 avqust 2025-ci il tarixli, İXP ******* saylı protokolda Şəxs MMC-yə məxsus **-JX-*** dövlət qeydiyyat nişanlı, DAEWOO BS090 markalı avtobusun sürücüsünün 07 iyul 2025-ci il tarixdə, saat 19:22-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində Azərbaycan Respublikasının “X4” Qanununun müvafiq maddəsinin tələblərinin pozulması barədə Şəxs MMC-nin “new.e-taxes.gov.az” saytına və AZ 1069, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 105A ünvanında yerləşdiyi ofisinə Bakı şəhəri Nəsimi rayon polis idarəsinin DYPŞ-dən heç bir bildiriş və ya sorğu daxil olmamışdır. 09 oktyabr 2025-ci il tarixdə Şəxs MMC-nin “new.e-taxes.gov.az” saytında onlayn kargüzarlığa ******* saylı bildiriş daxil olmuşdur. Həmin bildirişdən sonra tərəflərindən müxtəlif qrumlarla telefon əlaqəsi saxlanılmış və məlum olmuşdur ki, Şəxs MMC-yə məxsus **-JX-*** dövlət qeydiyyat nişanlı, DAEWOO BS090 markalı avtobusun sürücüsünün 07 iyul 2025-ci il tarixdə, saat 19:22-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində Azərbaycan Respublikasının “X4” Qanununun müvafiq maddəsinin tələblərinin pozulması barədə Nəsimi rayon polis idarəsinin DYPŞ-si tərəfindən sorğu səhvən "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanına göndərilmişdir. Qeyd etdikləri kimi Şəxs MMC-nin ofisi 18 yanvar 2024-cü il tarixdən ünvan 5 ünvanında yerləşir. Bu səbəbdən də, Nəsimi rayon polis idarəsinin DYPŞ-nin qeyd olunan sorğusu barəsində Şəxs MMC-nin məlumatı olmamışdır. Yəni hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsi olmamışdır. Buna səbəb isə icra orqanının, yəni Nəsimi rayon polis idarəsinin DYPŞ-si tərəfindən sorğunun səhv (aidiyyəti olmayan) ünvana göndərməsi olmuşdur. Məlumat üçün bildirilir ki, Şəxs MMC-yə məxsus **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün 07 iyul 2025-ci il tarixdə, saat 19:22-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yol hərəkəti qaydalarını pozduğuna görə 135,0 manat cərimə tətbiq edilməsi barədə "xxxx" vasitəsi ilə bildiriş daxil olmuş və həmin cərimə MMC tərəfindən 08 sentyabr 2025-ci il tarixdə ödənilmişdir. Bunun nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP web Portalının çıxarışından görünür ki, Şəxs MMC tərəfindən balansında olan «DAEWOO BS090» minik markalı **- JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar tərtib edilmiş protokol barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi xahiş olunur. Bakı şəhəri Nəsimi RPİ-dən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnamədən görünür ki, məktub ünvan 9 ünvanına göndərilmiş və xx.xx.2025-ci il tarixdə “Abışov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. “Elktron məhkəmə” informasiya sistemində “Vergi ödəyicisinin məlumatları” bölməsindən əldə edilmiş çıxarışdan aydın olur ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 10 (bundan sonra - İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs MMC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 43, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-4154/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4154/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver