Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-416/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X5 Şöbəsi tərəfindən 03 fevral 2022ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin baş təhqiqatçısı O.Məmmədovun 1432 nömrəli rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinin tələbini pozaraq sürücü X1 idarə etdiyi “VAZ 2104” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Hadisə zamanı avtomaşınlara maddi ziyan dəymiş sürücü R.Əhmədov “yüngül” dərəcəli bədən xəsarəti almışdır. Sürücü Şəxs sürücülük vəsiqəsini təqdim etməmişdir. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 04 dekabr 2021-ci il tarixli, HK-1-N-1121 nömrəli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 14:35-də Bakı şəhəri DYPİ-nin N/H-dən köməkçi Yaqubov zəng edərək, Z.Bünyadov prospekti ilə Azadlıq prospektlərinin kəsişməsində xəsarətli YNH-si baş verməsini bildirdi. 04 dekabr 2021-ci il tarixli, HK-2-N-12017 nömrəli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:53-də TTYS-nin tibb bacısı Məmmədova məlumat verərək Z.Bünyadov prospekti və Azadlıq prospekti kəsişmələrində baş vermiş YNH-si zamanı xx.xx.1982-ci il təv. X2 qapalı kəllə beyin travması və döş qəfəsinin sol yarısının sol diz oynağının yumuşaq toxumalarının əzilməsi xəsarəti almışdır. Aparılan araşdırma zamanı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində o, etibarnamə ilə idarə etdiyi, texniki vəziyyətdən saz vəziyyətdə olan 2012-ci il buraxılışlı “VAZ 2104” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətində hərəkətdə olarkən, qeyd olunan prospektin Azadlıq prospekti ilə kəsişməsində yerləşən körpünün alt hissəsindən sola dönüb, hərəkətini təxminən 30-40 km/saat sürətlə Naxçivani küçəsi istiqamətində davam etdirmək üçün 2.1 (Baş yol) nişanının tələbinə əsasən qeyd olunan küçələrin kəsişməsində yerləşən yol ayrıcısına daxil olub bir neçə metr məsafə qət edib kəsişmənin təxminən ortasında olduğu zaman Z.Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində orta zolaqda hərəkətdə olan “KHAZAR LX” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, yolunun hərəkət hissəsində quraşdırılmış 2.4 (Yol verin) yol nişanının tələbinə riayət etmədən kəsişməyə daxil olması səbəbindən qeyd olunan avtomobilin ön sol hissəsi onun avtomobilinin ön hissəsi ilə toqquşmuşdur. Toqquşmanın təsirindən “KHAZAR LX” markalı avtomobil yolun sağ hissəsində yerləşən üzərində ot örtüyü və ağaclar olan səkinin üzərinə çıxaraq dayanmışdır. Onun avtomobili isə üzü 20 Yanvar dairəsi istiqamətində yolun sağ kənarında dayanıb. Hadisədən sonra o və qarşı avtomobilin sürücüsüavtomobildən yerə eniblər, o özünü narahat hiss etdiyindən hadisə yerindən təsadüfi keçən DYPİ əməkdaşları hadisə yerinə TTYS-nin həkim briqadasını dəvət etmişlər. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş TTYS-nin həkimləri onu KTM-yə aparıb həkim müayinəsindən keçirmişlər. Müayinələr zamanı ciddi bir xəsarət almadığı müəyyən edildiyindən o xəstəxanadan çıxıb Nərimanov RPİ-də aparılan təhqiqat araşdırmasında iştirak edib. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində o, etibarnamə ilə idarə etdiyi 2021-ci il buraxılışlı “KHAZAR LX” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə sağ köməkçi yolda Atatürk prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində orta zolaqla təxminən 30-40 km/saat sürətlə hərəkətdə olarkən qeyd olunan prospektin Azadlıq prospekti ilə kəsişməsinə çatdıqda yolun hərəkət hissəsinin kənarında quraşdırılmış 2.4 (Yol verin) yol nişanını görmədiyi üçün dayanmadan kəsişməyə daxil olub təxminən 2-3 metr məsafə qət etmişdi ki, Azadlıq prospekti ilə üzü Naxçıvani küçəsi istiqamətində hərəkətdə olub 2.1 (Baş yol) nişanının tələbinə əsasən kəsişməyə daxil olmuş “VAZ 2104” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə ehtiyyatsızlığından idarə etdiyi avtomobilin ön hissəsi ilə toqquşub. Toqquşma nəticəsində yaranmış zərbənin təsirindən o avtomobilin ön hissəsi ilə kəsişmənin sağ kənarında yerləşən üzərində yaşıllıq olan səkinin üzərinə çıxaraq dayanıb. Hadisədən sonra o və qarşı avtomobilin sürücüsü avtomobillərindən yerə eniblər. Hadisə nəticəsində qarşı avtomobilin sürücüsü özünü narahat hiss etdiyindən hadisə yerindən təsadüfi keçən DYPİ əməkdaşı hadisə yerinə TTYS-nin həkim briqadasını dəvət etmişlər. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş TTYS-nin həkimləri sürücünü xəstəxanaya aparmışlar. O isə hadisə yerində dayanaraq hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən aparılan araşdırmada iştirak edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 tərəfindən verilmiş 485/MEŞ nömrəli ekspert rəyindən görünür ki, vət. X1 almış olduğu xəsarətlər – alın nahiyəsinin sağ yarısının qançırı ilə müşayiət olunan qapalı kəllə beyin travması, döş qəfəsinin sol yarısının əziyi, sol bazunun hematoması, sağ dizin əzilmiş-cırılmış yarası, sol dizin sıyrılmış yaraşı aşkar edildi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sürücüsü olduğu avtomaşının salonunda yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-416/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-416/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver